Məhkəmə qərarları › İş №3(010)-1718/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1718/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1718/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Sabunçu Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Sabunçu Rayon DYPŞ-nin vəzifəli şəxsiX2 barəsində xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X2 həmin qərardan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. X1 şəxsiyyət vəsiqəsinin şikayətə əlavə edilmiş surətindən görünür ki, o, ünvan 1 ünvanı üzrə qeydiyyatdadır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X1 qeydiyyatda olduğu (yaşadığı) ərazi üzrə rayon (şəhər) məhkəməsinə - Sabunçu Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Sabunçu Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar