Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1718/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi 15 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3557/2017 nömrəli 02.05.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Rasim oğlundan 656 ABŞ dolları məbləğində əsas borc, 10 ABŞ dolları məbləğində dəbbə pulu borcu ödənilən gün ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınaraq AZN-lə, habelə məhkəməyə ərizə ilə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat tutularaq tələbkar Süs MobileMMC-yə ödənilməlidir. Bundan başqa Suraxanı Rayon Məhkəməsinin 2(010)-998/2018 nömrəli 19.03.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Rasim oğlundan 12 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 mart 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə tutulmalıdır. Bundan başqa Suraxanı Rayon Məhkəməsinin 2(010)-1140/2019 nömrəli 11.02.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs Rasim oğlundan 09 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 3.200,100 manat məbləğində pul tutularaq tələbkar "xxxx" İKB ASC-nin hesabına ödənilməlidir. Bundan başqa Bakı şəhəri 24 saylı notariat ofisinin 12 oktyabr 2019-cu il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5.376,35 manat tutulmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq icraatlarına başlanılmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borclu Şəxs rəsmi olaraq göndərilmişdir. Tələblər könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələblərin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. İcra sənədləri üzrə yaranmış borcların ödənilməsini təmin etmək məqsədi ilə borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılaraq izahatları alınmış, ondan yaranmış borcların dərhal tam şəkildə ödəmək tələb olunmasına baxmayaraq hazıradək onun tərəfindən Süs MobileMMC-nin xeyrinə 666 ABŞ dolları və 20 manat, X2 xeyrinə (2021-ci ilin noyabr ayı daxil) 6.776 manat aliment, "xxxx" ASC-nin xeyrinə 5.396,35 manat, "xxxx" İKB ASC-nin xeyrinə isə 2.266 manat borc ödənilməmişdir. Daha sonralar icra şöbəsinə gəlməkdən boyun qaçırdan Şəxs barəsində qeydiyyatda olduğu ünvanda yaşamadığından axtarış qərarı qəbul edilmiş, aidiyyəti polis orqanına göndərilmişdir. Nəticədə Şəxs barəsində 23.06.2020-ci il tarixdən axtarış işi açılmışdır. 15.12.2021-ci il tarixdə Şəxs saxlanılaraq şöbəyə təhvil verilmiş, ondan yaranmış borcların dərhal tam şəkildə ödəmək tələb edilmiş, lakin o bu borcları dərhal ödəmək imkanında olmadığını bildirmiş, fərdi əməklə məşğul olduğunu qeyd etmişdir. Bu faktlar borcunun izahatında öz əksini tapmışdır. Borclunun faktiki olaraq fərdi əməklə məşğul olmasına və icra sənədlərinin verilməsindən uzun müddətin ötməsinə baxmayaraq yuxarıda qeyd olunan icra sənədləri üzrə mövcud borcların ödənilməsi Şəxs tərəfindən təmin edilməmişdir. Borcluya bir daha Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət barədə xəbərdarlıq edilməklə hüquq və vəzifələri ona izah edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədləri üzrə borcları ödəməkdən yayınmış, edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamış, borcu ödəməməklə və çağırışlara gəlməməklə icra məmurunun qanuni tələblərini icra etməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəllər daimi iş yeri olmuş və borcları aldığı əməkhaqqı hesabına ödənilirdi. Lakin hazırda iş yeri yoxdur. Borclarını ödəmədiyini isə maddi imkansızlığı ilə izah etdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcları üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1718/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1718/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver