Məhkəmə qərarları › İş №3(010)-1718/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1718/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1718/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs oğunun, xx.xx.1986-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, maşın alqı-satqısı ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu, ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs «CHEVROLET CAPTİVA» minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 23:03-də idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Protokoldan aydın olur ki, Şəxs İXM-İn 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, yəni nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddədən və ya güclü təsir göstərən digər maddədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs əməlini səmimi şəkildə etiraf edərək bildirdi ki, hadisə olan vaxt spirtli içki qəbul etdiyi halda polis əməkdaşı onu saxlamışdır. O, nasaz vəziyyətdə olan maşınları alaraq onların nasazlıqlarını aradan qaldıraraq satışı ilə məşğul olur. Nəqliyyat vasitəsindən də daha çox maşın ehtiyat hissələrini almağa gedərkən istifadə etdiyini bildirdi. O, ay ərzində 3 dəfə spirtli içkidən istifadə etdiyini, həmin vaxtlarda da ayıq sürücüdən istidafədə etdiyini bildirdi. Bu hadisədən əvvəl uzun müddət maşını olmadığı üçün idarə etmirmiş, maşın olanda və içkili olduğu halda da ayıq sürücü çağırırmış. Bu hadisə olanda isə çatacağı yerə təxminən 100 metr məsafə olduğu üçün özü idarə edib park etmək istəmiş, bu səbəbdən idarə etmişdir. O, maşını yaşadığı məhlədəb 1 məhlə qarşıdan götürmüş, orada da park edib saxlamaq istəmişdir. Odur ki, peşman olduğunu barəsində yüngül cəza növü olan cərimə təyin edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddəslə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər DYPİ Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 23:03-də nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddədən və ya güclü təsir göstərən digər maddədən istifadə etməsinə görə saxlanılmış və məlum olmuşdur ki, Şəxs alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında”xx.xx.2025-ci il tarixli, İXP7005353 saylı protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. Alkotesterden çıxarışa əsasən Şəxs nəfəsində alkoqolun miqdarı 0,600% təşkil etmişdir. İXM-İn 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddəsdən və ya güclü təsir göstərən digər maddəsdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Şəxs himayəsində 8 azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, himayəsində 8 azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyətini ağırlaşdıran halların olmaması, yaşı, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar