Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1719/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Tələbkar: X1 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xataya dair 15 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 protokolu onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs 4050 manat məbləğində pulun tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi xx.xx.2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və icraata başlamaqla bağlı müvafiq qaydada bildiriş tərəflərə göndərilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə bildiriş rəsmi olaraq təqdim olunmuş və hüquq və vəzifələri ona izah olunmuşdur. Lakin borclunun icra sənədini icra etməməsi səbəbi ilə aidiyyəti üzrə Suraxanı RPİ-yə onun barəsində axtarış qərarı göndərilmişdir və axtarış qərarı nəticəsində icra şöbəsinə gətirilmişdir. Borclu 4050 manat borcdan cəmi 300 manat ödəniş etmiş, bugünə cəmi 3750 manat borcu var və tələbkar tərəf hal-hazırda həmin borcu tələb edir.Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, ailədə işləyən tək odur, övladı da ödənişli əsaslarla universitetdə təhsil alır. Borcu daha çox idi, amma əksər hissəsini ödəyib. O, növbəti həftə 750 manat, gələn ay isə ümumi olaraq 3000 manat ödəməsi barədə şərait yaradılmasını, bu səbəbdən ona inzibati tənbeh kimi cərimə tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirdi ki, onlar bu şəxslə ailəvi dostdurlar, tanıdığı üçü ona borc pul verib. Lakin şəxs borcu ödəməkdən yayınır, müəyyən müddət ödəniş etsə də, son 3 aydır ki, heç bir ödəniş etmir. Bu səbəbdən ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 23 dekabr 2024-cü ildə verilmiş xx.xx.2024-cü il tarixli, 2(010)-4033/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4050 (dörd min əlli) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru X5 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4033/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bununla bağlı borclu Şəxs rəsmi qaydada “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs bildirmişdir ki, 3750 manat borcu var və bundan sonra hər ay hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 15 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, icra sənədinə əsasən borclu Şəxs 3750 manat məbləğində pul tutularaq X2 verilməlidir, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-1719/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1719/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver