Məhkəmə qərarları › İş №3(010)-1723/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1723/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1723/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Sədrlik edən hakim X1 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış material Suraxanı RPİ-i tərəfindən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xətalara dair iş üzrə toplanmış material icraata daxil olduğu vaxt öyrənilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan məlum olmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:35 radələrində “ VAZ 21011 MİNİK” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 529.3-cü maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 25126252 seriyalı elektron qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:51:53 radələrində idarə etdiyi “VAZ 21011 MİNİK” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 339.1-1-cİ maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərə 50 manat inzibati qaydada cərimə edilmişdir.Həmin qərara “VAZ 21011 MİNİK” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili deyil Opel markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin fotosu əlavə edilmişdir. Bununla belə qeyd olunan qərarda hansı avtomobilin sürücüsü tərəfindən inzibati xətanın törədilməsini müəyyen etmək mümkün olmur. Buna görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Suraxanı RPİ-nə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 99, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə geri qaytarılsın. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar