Məhkəmə qərarları › İş №3(010)-1729/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1729/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1729/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, tələbkarın nümayəndəsi X4 iştirakı ilə xx xxxxxxx 1973-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi 17 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 13 iyun 2018-ci ildə verilmiş 31 avqust 2015-ci il tarixli 2(010)-5032/2015 nömrəli icra vərəqəsinə əsasən borclular Şəxs və X1 45.383,94 USD əsas kredit borcu, 3.833,98 USD əsas məbləğə hesablanmış faiz borcu, 1.905,62 USD cərimə borcu, 14,50 AZN bildirişin göndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu ümumilikdə 51.123,54 USD və 44,50 AZN borc “X10 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İpoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Şəxs məxsus olan “BMW X6” minik markalı, 90EL100 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010-cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, çatışmayan məbləğ borclunun başqa əmlaklarının satışı hesabına əldə edilən məbləğlərdən “X10 Azərbaycan” QSC-yə ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına 28 iyun 2018-cı il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanaraq bununla bağlı qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. Daha sonra borclu şöbəyə dəvət edilmiş və ondan icra sənədinin icrası ilə bağlı izahat alınmışdır. Borclu tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədində göstərilən borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun tələbkara olan pul borcu 38.443,51 ABŞ dolları təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. Eyni zamanda bildirir ki, müvafiq krediti faktik olaraq o, deyil, digər borclu (yeznəsi) X3 avtomobil almaq üçün götürüb. Tələbkarın nümayəndəsi X6 işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar