Məhkəmə qərarları › İş №3(010)-1730/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1730/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1730/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs iştirakı ilə Məmmədov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən xx xxxxxx 2020-ci ildə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «xx.xx.2020-ci il tarixdə mübahisə zəminində X2 itələyərək xəsarət yetirməsi müəyyən olunmuşdur». İnzibati xəta haqqında protokolda həmçinin göstərilir ki, Məmmədov Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Qeyd olunur ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda onun tərtib edildiyi gün, ay və il göstərildiyinə baxmayaraq, hadisənin baş verdiyi vaxt göstərilməmişdir. Bununla yanaşı, tərəflər məhkəmədə bildirmişlər ki, hadisə yerində videokamerə var ki, həmin kameraya baş vermiş hadisənin bütün təfərrüatları düşüb. Həmçinin zərərçəkmiş şəxs bildirmişdir ki, müvafiq inzibati xətanı Məmmədov Şəxs təkbaşına deyil digər şəxslə birlikdə törədib. Göstərilənlər, həmçinin işin digər faktik halları inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı araşdırılmamış, zəruri sübutlar toplanıb iş materiallarına əlavə edilməmiş, müvafiq məsələlərlə bağlı inzibati xəta haqqında protokolda qeydlər aparılmamışdır. Beləliklə, Azərbaycan Respublikası İXM-nin tələbləri pozulub. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Məmmədov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar