Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1732/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 katibliyiilə xx xxxx 1992-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 25 – xx xxxxxx 2020-ci il tarixləri üzrə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 22.55-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən 123 nömrəli binanın yaxınlığında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 22.55 radələrində «Hyundai Sonata» minik markalı 90PV470 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən 123 nömrəli binanın yaxınlığı ilə üzü «Lukoyl» yanacaqdoldurma məntəqəsi istiqamətində idarə edərkən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sənədlərini təqdim etməsini tələb etmiş, o, isə tələsdiyinə görə avtomobili idarə edərək həmin yerdən qaçmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Ölkədə tətbiq olunan komendant saatı ilə əlaqədar xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən 123 nömrəli binanın yaxınlığında piyada xidmət aparıb. Saat 22.55-də ön dövlət qeydiyyat nişanı olmayan «Hyundai Sonata» minik markalı avtomobilin üzü «Lukoyl» yanacaqdoldurma məntəqəsi istiqamətində hərəkət etdiyini görüb saxlama işarəsi vermişdir. Avtomobil dayandıqdan sonra onun sürücüsünə özünü təqdim edərək komendant saatının tətbiqi dövründə hərəkət etmək üçün xüsusi icazəsinin olubolmadığını soruşmuşdur. Cavabında sürücü kobud formada bildirmişdir ki, xüsusi icazəsi yoxdur. Sonra sürücüdən şəxsiyyətini təsdiq edən sənədi və ya sürücülük vəsiqəsini tələb etmiş, cavabında sürücü yenə də çox kobud bir formada bildirmişdir ki, bu sənədləri də yoxdur. Daha sonra sürücünü şəxsiyyətini müəyyən etmək üçün polis bölməsinə dəvət etmiş, lakin sonuncu bu tələbə qəsdən tabe olmayıb avtomobili yüksək sürətlə sürərək hadisə yerindən qaçmışdır. Şahid bildirir ki, hadisə vaxtı sürücü polis əməkdaşlarına qarşı hədsiz kobud və aqressiv davranıb. Onu əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmuş və müəyyən edilmişdir ki, həmin şəxs xx xxxx 1992-ci il təvəllüdlü Şəxsdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi mövcuddur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il saat 18.50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1732/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1732/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver