Məhkəmə qərarları › İş №3(010)-1735/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1735/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1735/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 700 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. Şikayətdən və «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi məlumatından görünür ki, şikayətçinin rəsmi qeydiyyatı Naxçıvan Muxtar Respublikası, ünvan 1 mənzil 53 ünvanınadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ona görə də, X1 yaşayış yeri kimi onun rəsmi qeydiyyat yeri – Naxçıvan Muxtar Respublikası, ünvan 2 mənzil 53 ünvanı qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X1 qeydiyyatda olduğu (yaşadığı) ərazi üzrə rayon (şəhər) məhkəməsinə – Culfa Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası, Culfa Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar