Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1738/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Adil Yusibovun, Borclu Şəxs X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 21 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-2704/2018 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 2003-cü təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, alimentin hesablanması 02 mart 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Adil Yusibov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-2704/2018 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 2003-cü təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, alimentin hesablanması 02 mart 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Borclu Şəxs icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-2704/2018 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 2003-cü təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, alimentin hesablanması 02 mart 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. 10 noyabr 2018-ci ildə tələbkarla Suraxanı rayon İcra Şöbəsində şifahi razılığa gəldikləri üçün, o, məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti hər ay tələbkara qeyrirəsmi formada vermişdir. Bundan başqa övladı Türkiyə Cumhuriyyətində universitetə qəbul olduğu üçün, sonunjunun təhsil haqqısı üçün 9.000 Türk Lirəsi məbləğində ödəniş etmiş, övladı universitetə yollanarkən, sonunju üçün 2.500 ABŞ dollarına kompyuter almış, əlavə olaraq, oğlunun bank kartına 2.000 manat pul köçürmüşdür. O, 16 mart 2020-ci il tarixdə həbs olunmuş, 13 noyabr 2021-ci il tarixdə isə həbsdən azad olunmuşdur. Həbsdə olduğu müddət ərzində tələbkara aliment borcundan ödəniş edə bilməmişdir. Bundan başqa, bu gün hazırki məhkəmə baxışına qədər tələbkara 500 manat ödəniş etmişdir. O, bundan sonra hər ay tələbkara 200 manat ödəniş edəcəyinə və övladı X8 üçün əlavə maddi yardım edəcəyinə dair məhkəmə qarşısında öhdəlik götürür. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli, 2(010)-2704/2018 saylı icra vərəqəsinə əsasən 04 sentyabr 2003-cü təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, alimentin hesablanması 02 mart 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. 10 noyabr 2018-ci ildə o, borjlu ilə Suraxanı rayon İcra Şöbəsində şifahi razılığa gəldikləri üçün, sonunju məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti hər ay ona qeyri-rəsmi formada vermiş, daha sonra həbs olunduğu üçün ödənişləri dayandırmışdır. Düzdür, borjlu xarijdə oxuyan övladının maddi təminatı üçün köməklik göstərmişdir, anjaq borjlu aliment məbləğini ona ödəməlidir. Bu gün borjlu aliment borjundan 500 manat ödəniş etmişdir. Məhkəmə icra məmurunu və tərəfləri dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədinin icrasından yayınmır, işin məhkəmə baxışanadək tələbkara olan borcundan 500 (beş yüz) manat ödəniş etmiş, tələbkar X3 qalan borcunu hər ay 200 manat hissə-hissə ödəyəcəyinə və övladı 04 sentyabr 2003-cü təvəllüdlü X8 üçün əlavə maddi yardım edəcəyinə dair öhdəlik götürmüşdür. Bundan başqa, borjlunun qeyri rəsmi olaraq övladının təhsili ilə bağlı xərjlərin ödənilməsində iştirak etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs 16.03.2020-ci il tarixdə 13.11.2021-ci il tarixədək həbsdə olmuşdur. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1738/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1738/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver