Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1745/2020 09.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati əxta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X3 xx.xx.2020-ci ildə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. X3 şikayətində bildirir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. Həkimlər tərəfindən ona “Hickin limfoması periferik və divararalığı İ/d zədələnməsi ilə, İİ A mərhələ” diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar kimyaterapiya və şüa müalicəsi keçir. xx.xx.2020-ci ildə növbəti terapiya kursundan qayıdan zaman Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşı tərəfindən saxlanılmış və İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) törətdiyi bildirilmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə isə MN seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş, barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən qərarı o, xx.xx.2020-ci il tarixində almışdır. Barəsində qəbul olunmuş qərarla razı deyil və həmin qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, qeyd etdiyi kimi o, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir və Milli Onkologiya Mərkəzində kimyaterapiya kursları keçir. Həmin gün də o, kimyaterapiya kursunda olmuş və bunu Milli Onkologiya Mərkəzindən verilmiş arayış da təsdiq edir. Polis əməkdaşı tərəfindən saxlanılarkən qeyd edilən arayış təqdim edilmiş, lakin polis əməkdaşı buna önəm verməmişdir. Baxmayaraq ki, qeyd edilən arayışda onun 09:00-dan 18:00-dək kimyaterapiya kursunda olduğu qeyd edilmişdir. Eyni zamanda polis əməkdaşına bildirmişdir ki, kimyaterapiya kursu bir neçə dəqiqə deyil, bir neçə saat çəkir və prosedur vaxt aparır. Lakin dediklərinə məhəl qoyulmamış və barəsində qeyd edilən qərar tərtib edilmişdir ki, həmin qərarı tam qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X3 məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mili Onkologiya Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışı təqdim edib. Həmin arayışdan görünür ki, X2 “limfoma, qarışıq hüceyrəli klassik hickin limfoması” diaqnozu təyin edilmiş; saat 09:00-dan saat 18:00-a qədər kimyaterapiya müalicəsi aparılıb. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1745/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1745/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver