Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1747/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 17 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalayev küçəsində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında bildirdi ki, o, 17 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalayev küçəsində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Alayının 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantı X1 bildirmişdir ki, 17 dekabr 2021-ci il tarixdə saat 13:15 radələrində 32-ci Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən sahə müvəkkili Xəqani Məmmədovla birlikdə ictimai nəqliyyatda vətəndaşların karantin qaydalarına əməl etmələrini yoxlamaq məqsədilə keçirdikləri reyd zamanı 208 nömrəli marşurutda 1 nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb, həmin şəxsə yaxınlaşmışdır. Özünü həmin şəxsə təqdim edərək, həmin şəxsin şəxsiyyət vəsiqəsini tələb etmişdir. Lakin həmin şəxs özünü kobud apararaq onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsi 32-ci Polis Bölməsinə gətirdikdə onun Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis mayoru Xəqani Məmmədov tərəfindən tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 200 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1747/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1747/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver