Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1750/2020 14.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən “xxxx” MMC barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, xx xxxxxx 2020-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində fəaliyyət göstərən xxxxdə epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə kassada müştərilər arasında sosial məsafənin gözlənilməməsi, bununla da karantin rejimi qaydalarının pozulması faktı aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-ə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində fəaliyyət göstərən xxxxdə xx.xx.2020-ci il tarixdə saat 12:00-da kassada müştərilər arasında sosial məsafənin gözlənilməməsi, nəticədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar olunmuş, bununla bağlı olaraq Şəxs» MMC-nin Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı özündə əks etdirmir, nəticədə, inzibati xəta haqqında protokol yanlış tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Üzrə Baş İdarəsinə qaytarılsın. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1750/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1750/2020
14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver