Məhkəmə qərarları › İş №3(010)-1751/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1751/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1751/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi vəkil X1, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Şəki rayonunun Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonunun Cəyirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, N.Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs 26 oktyabr 2021-ci il tarixdə X3, aralarında yaranmış mübahisə zəminində zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, X4 onun həyat yoldaşının qızıdır. Belə ki, cari ilin mart ayında o, Çəməngül adlı xanımın evində işləyərkən, sonuncu ilə münasibətləri yaranmış, daha sonra Çəməngül onunla nikaha daxil olmasını istəmiş və bildirmişdir ki, onlar rəsmi nikaha daxil olmasalar, qızı evdən gedəcək. Bu səbəbdən də, o Çəməngül adlı xanımla rəsmi nikaha daxil olmuş və razılaşmışlar ki, 3 ay sonra aralarında nikahı ləğv etsinlər. Lakin nikaha daxil olduğu müddətdən 6 ay keçsə də, Çəməngül ondan ayrılmağa razı olmadığı üçün o, Şəki rayon məhkəməsinə nikahın pozulması iddiası ilə müraciət etmişdir. Bundan sonra Çəməngül və onun qızı ilə aralarında mübahisələr yaranmışdir. Lakin o, 26 oktyabr 2021-ci il tarixdə X2 yaşadığı evə getməmiş, ümumiyyətlə, uzun müddətdir ki, Çəməngülün evinə getməmiş və sonuncunu və qızını uzun müddətdir ki, görməmiş, Aytəni qeyd olunan tarixdə görməmiş və döyməmişdir. Təhqiqatçıya verdiyi izahatını fiziki və psixi təsir altında vermişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Həsənzadəyə verdiyi 24.11.2021-ci il tarixli izahatında bildirmişdir ki, barəsində şikayətçi olan X4 ögey qızıdır, həyat yoldaşı Çəməgülün qızıdır, bir neçə müddət birgə ünvanda yaşayıblar, münasibətləri hər zaman normal olmuşdur və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Bir neçə müddət idi o, Çəməngülə məxsus evdə birgə yaşamırdı, lakin 24 və 25 oktyabr tarixlərində yenidən Çəməngülə məxsus evə gələrək, onlarla birgə yaşamışdır. 26.10.2021-ci il tarixdə saat 05:30 radələrində öz işlərinin ardınca evdən çıxıb getdi. 26.10.2021-ci il tarixdə saat 22:30 radələrində Çəməgülə məxsus birgə yaşadığı fərdi qaydada tikilmiş evin həyətyanı sahəsinin giriş qapının qarşısına gəlmiş və qapını döymüşdür. Həmin vaxtı Aytən qapını açmış və o həyətə daxil olmuşdur. Aytən anası Çəməngülün evdə olmadığını, bu səbəbdən çıxıb getməyini demişdir. O, Aytənə öz evinin olduğunu, evə daxil olmaq istədiyini bildirmişdir. Aytən ona anası Çəməngülün evdə olmadığını yenidən xatırladaraq evə girməməyini demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı evə buraxmamağına və Çəməngülün ondan xəbərsiz getməsinə əsəbləşdiyi, eyni zamanda Çəməngülün evdə olub-olmadığını dəqiqləşdirmək üçün əlləri ilə Aytənin sinəsindən vurub kənara itələmişdir və Aytən divara dəymişdir. Bundan sonra evə daxil olmuş və həqiqətən də Çəməngülün evdə olmadığını görüb evi tərk edib getmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, Şəxs onun ögey atasıdır. Belə ki, Şəxs anasının ikinci həyat yoldaşıdır. Onların münasibətlərimiz hər zaman normal olmuşdur və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Bir neçə müddətdir ki, ögey atası Şəxs onlarla birgə yaşamırdı. Lakin son iki gün idi ki, Şəxs onlarla birlikdə yaşamağa başlamışdı. 26.10.2021-ci il tarixdə saat 08 radələrində anası Çəməngül Salyan rayonuna işlərinin ardınca getmiş və ögey atası Şəxs öz işlərinin ardınca getmişdir. 26.10.2021-ci il tarixdə saat 22:30 radələrinclə yaşadığı evdə tək olmuşdur. Bu zaman fərdi qaydada tikilmiş evin həyət yani sahəsinin giriş qapının döyülməsini eşitmiş və qapını açdığı zaman ögey atası Ramilin olduğunu görmüşdür. Ramil həyətə daxil olmuşdur. O, anası Çəməngülün evdə olmadığını, bu səbəbdən çıxıb getməsini bildirmişdir. Ramil ona öz evinin olduğunu və evə daxil olmaq istədiyini bildirmişdir. O, Şəxs anasının evdə olmadığını yenidən xatırladaraq evə girməməsini bildirmişdir və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu söyüb təhqir etmiş və əlləri ilə sinəsindən vurub itələyərək ona fiziki ağrı yetirmişdir və bu səbəbdən beli divara dəymişdir. Daha sonra Şəxs onu vurub kənara itələdikdən sonra evə daxil olmuş və həqiqətən də anası Çəməngülün evdə olmadığını görüb, evi tərk edib getmişdir. Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş 29.10.2021-ci il tarixli 1174 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət-sol kürəküstü nahiyvənin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 26.10.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 157-ji maddəsinin dispozisiyası döyməyə, həmçinin sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə ijlasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs zərərçəkmiş şəxsi döymədiyini, sonunjuya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmədiyini göstərsə də, məhkəmə onun bu izahatına öz müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi tənqidi yanaşır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs təhqiqatçıya verdiyi 24.11.2021-ci il tarixli izahatı ilə də, zərərçəkmiş şəxsin izahatları ilə də, aparılmış ekspert təhqiqatı ilə də Şəxs 26 oktyabr 2021-ci il tarixdə X3, aralarında yaranmış mübahisə zəminində zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi tam sübuta yetir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar