Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1752/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Elxan Məmmədovun, X1, Borclu Şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri, Nəbati küçəsi, ev 38-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qumadası yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(039)-1446/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 12.09.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qərara alınmışdır. Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, sonuncu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Elxan Məmmədov göstərmişdir ki, Yevlax rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(039)-1446/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 12.09.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qərara alınmışdır. Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, sonuncu icra vərəqəsinin icrasından yayınmışdır. Belə ki, onun iştirakı ilə borjlunun evində ilk dəfə uşağın anası ilə ünsiyyəti yaradılmış, lakin borjlunun ailə üzvlərinin açıq aydın uşağa təsiri altında, sonunju öz otağına ayrılmış və ünsiyyət baş tutmamışdır. Bir müddət sonra ananın uşaqla ünsiyyəti yenidən təşkil olunmuş və bu dəfə sonunjular çox mehriban şəkildə ünsiyyət qurmuşlar və tələbkar ünsiyyətin baş tutması barədə ijra şöbəsinə ərizə yazmışdır. Lakin həmin görüşün sonunda borjlu bildirmişdir ki, bu uşağın anası ilə son görüşüdür və o, bir daha belə bir görüşlərin baş tutmasına imkan verməyəjəkdir. Daha sonra dəfələrlə borjluya ananın uşaqla görüşünün təşkili üçün şərait yaradılmasına dair mürajiətlərə baxmayaraq, borjlu bundan imtina etmiş və bunu uşağın belə bir istəyinin olmaması ilə izah etmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Yevlax rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(039)-1446/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 12.09.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qərara alınmışdır. O, icra vərəqəsinin icrasından yayınmır. Belə ki, qızı X7 anası ilə görüşmək istəmir. Məhkəmədə izahat vermiş tələbkar X3 bildirmişdir ki, Yevlax rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(039)-1446/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 12.09.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qərara alınmışdır. Lakin Şəxs məhkəmə qərarını icra etmir. Belə ki, onunla övladının görüşməsinə şərait yaradılmır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Yevlax rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(039)-1446/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 12.09.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qərara alınmışdır. Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan. Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1752/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1752/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver