Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1754/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, X1 nümayəndəsi (vəkili) Nümayəndə1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X2 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı X7 İdarəsinin rəisi X5 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2500 manat miqdarında cərimə edilmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Türkan-Hövsan yolunun kənarında yerləşən “Antalya” iaşə obyektində formalaşan çirkab sularının təmizləyici qurğulardan keçmədən açıq kanal vasitəsilə birbaşa Xəzər dənizinə axıdılması müəyyən edilmişdir. Onun barəsində cərimə tətbiq edilməsi barədə protokol və qərar qanunsuz və əsassızdır. Belə ki, o, protokolun tərtib edidiyi və qərarın qəbul edildiyi tarixdə qeyd edilən ünvanda yerləşən “Antalya” restoranını işlətməmişdir. Onun fiziki şəxs kimi vergi ödəyicisinin VÖEN-nin fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi dayandırılmışdır. Protokol xx.xx.2023-cü il tarixdə onun fəaliyyətdə olmadığı dövrdə, onun adına yazılmış və cərimə edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı X7 İdarəsinin rəisi X5 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilib, iş üzrə icraata xitam verilməlidir. Onun həmin protokol və qərar barədə heç bir məlumatı olmamışdır. Bu barədə yalnız Salyan rayon İcra və Probasiya şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Qərarın surətini icra məmurundan almışdır. xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ona rəsmi şəkildə verilməsi ilə əlaqədar 11 saylı X7 İdarəsinə müraciət etsə də, ona cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi (vəkili) Nümayəndə1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək qeyd etdi ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən əvvəl Əsgərov Fərhadın qeydiyyatda olduğu Salyan rayonuna məktub göndərilmişdir ki, onun iştirakı ilə qərar qəbul edilsin. Həmin məktubun alınmasına dair xəbərnamə imzalanmış amma Əsgərov Fərhad qərarın qəbul edilməsində iştirak etməmişdir. Bundan sonra qərar qəbul olunaraq Əsgərov Fərhadın qeydiyyatda olduğu Salyan rayonuna göndərilmiş və həmin qərarın alınmasına dair xəbərnamə imzalanmışdır. Sonra isə həmin qərarla bağlı məktub icra şöbəsinə göndərilmişdir. Eyni zamanda şikayətçi şikayət ərizəsində qeyd edir ki, qərar qəbul olunan zaman VÖEN-i aktiv olmamışdır amma sistemdə axtarış aparılan zaman həmin VÖEN aktiv göründüyündən qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Hövsan qəsəbəsi, Türkan-Hövsan yolunun kənarında yerləşən “Antalya” iaşə obyektində formalaşan çirkab sularının təmizləyici qurğudan keçmədən açıq kanal vasitəsilə birbaşa Xəzər dənizinə axıdılmasına görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir; X4 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə ünvanlanan arayışın surətindən görünür ki, Əsgərov Fərhad ********** saylı VÖEN-in fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmasını xahiş etmişdir; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən X3 göndərilən məktubda qeyd edilmişdir ki, “xx.xx.2022-ci il tarixli ərizənizə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergi orqanı tərəfindən fəaliyyətinizin dayandırılması təmin edilmişdir”; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilən çıxarışın surətindən görünür ki, X2 ********** saylı VÖEN-i fəaliyyəti dayandırılmamışdır; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Əsgərov Fərhad xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2023-cü il tarixdə idarəyə gəlməsi, əks halda iştirakı olmadan barəsində cərimə qərarı tərtib olunacağı barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Əsgərov Fərhad xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ilə 2500 manat məbləğində cərimə edilməsi, cəriməni könüllü ödəməsi, əks halda qərarın məcburi icra olunması üçün icra və probasiya şöbəsinə göndəriləcəyi barədə barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla xx.xx.2023-cü il tarixdə Hövsan qəsəbəsi, Türkan-Hövsan yolunun kənarında yerləşən “Antalya” iaşə obyektində formalaşan çirkab sularının təmizləyici qurğulardan keçmədən açıq kanal vasitəsilə birbaşa Xəzər dənizinə axıdılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin nümayəndəsi X2 fiziki şəxs kimi vergi ödəyicisinin VÖEN-nin fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi dayandırıldığını, protokolun xx.xx.2023-cü il tarixdə onun fəaliyyətdə olmadığı dövrdə, onun adına yazıldığını və cərimə edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1754/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1754/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver