Məhkəmə qərarları › İş №3(010)-1756/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1756/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1756/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 523.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Nizami RPİ-nin 23-cü polis bölməsinin sahə inspektoru X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 523.1-ci maddələri ilə 03 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında (İXH) protokol tərtib olunaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə yuxarıda göstərilən məsələləri araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir». MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən tələbi pozulub. Belə ki, işin faktiki hallarından görünür ki, Şəxs xx xxxx 2007-ci il təvəllüdlü olduğundan qanuni nümayəndə ilə təmsil edilməli idi. Lakin Şəxs məhkəməyədək icraat dövründə qanuni nümayəndə təyin edilməyib. Yuxarıda qeyd olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qanunvericiliyin yuxarıda istinad olunan tələbi pozulmaqla, nəticədə Şəxs prosessual hüquqları da pozulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən «İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir». Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən «İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 535.1 və 523.1-ci maddələrində inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, həmin maddələrdə nəzərdə tutulan inzibati xəta ilə bağlı işlərə müvafiq protokol məhkəməyə daxil olduğu gün və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalıdır. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə gəlməsi aidiyyəti vəzifəli şəxs (şəxslər) tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 523.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 03 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar