Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1761/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun, Borclu Qasımova (Süleymanova) Nigar Yaqub qızının, X1 iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Qasımova (Süleymanova) Nigar Yaqub qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-197/2020 saylı 08.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızına qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, hesablanmış 2173 (iki min yüz yetmiş üç) manat məbləğində pul vəsaiti cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq X3 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** saylı hesabına köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul vəsaiti Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq X3 ödənilməsi qət edilmişdir. Borclu Qasımova (Süleymanova) Nigar Yaqub qızı dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-197/2020 saylı 08.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızına qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, hesablanmış 2173 (iki min yüz yetmiş üç) manat məbləğində pul vəsaiti cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq X3 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** saylı hesabına köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul vəsaiti Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq X3 ödənilməsi qət edilmişdir. Borclu Qasımova (Süleymanova) Nigar Yaqub qızı dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 2173 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Bundan başqa Suraxanı rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadı ilə Qasımova (Süleymanova) Nigar Yaqub qızının mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulsa da, borclu avtomobili icra şöbəsinə təhvil verməmişdir. Məhkəmədə izahat verən X4 göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-197/2020 saylı 08.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən 2173 manat məbləğində pul vəsaiti və 27 manat dövlət rüsumu cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızından tutularaq ona ödənilməsi qət edilmişdir.Hal-hazırda borclunun 2200 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Borclu onun pulunu ödəmədiyi üçün o, evini təmir etdirə bilmir. İnzibati materiallar araşdırılarkən Qasımova (Süleymanova) Nigar Yaqub qızı göstərmişdir ki, o, Azərbaycan dilində səlist danışa bilmir və başa düşmür. Lakin İcra Şöbəsində tərcüməçi ilə təmin edilməmişdir. Odur ki, onun hüquqları pozulmuşdur. İşin məhkəmə baxışı zamanı Qasımova (Süleymanova) Nigar Yaqub qızının Suraxanı rayon İcra Şöbəsində tərcüməçi ilə təmin edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qasımova (Süleymanova) Nigar Yaqub qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 23 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1761/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1761/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver