Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1762/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovun, X1, Borclu Şəxs iştirakı ilə xx xxxxxx 1980-ci ildə Qax rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 29 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovun tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 2(010)-316/2018 nömrəli icra vərəqəsinə əsasən xx xxxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü Abbasov Ömər Beyrək oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icraata başlamaq haqqında qərar verilmiş, borcun 10 gün müddətində könüllü icrası ilə bağlı borclu Şəxs bildiriş göndərilmişdir. Borclu dəfələrlə Şöbəyə dəvət olunmuş və alimenti ödəməsinin zəruriliyi nəzərinə çatdırılmışdır. Lakin borclu aliment öhdəliyini tam icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin adına icra sənədinin icrasına yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmır. İşin məhkəmə baxışından əvvəl bank vasitəsilə tələbkara olan borcundan 1000 manat ödəmişdir. Məhkəmə baxışı zamanı isə tələbkarın xeyrinə 620 manat ödəniş etmişdir. Həmçinin yaxın vaxtlarda daha 500 manat ödəniş edəcək. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şəxs işin məhkəmə baxışı zamanı ona 620 manat məbləğində ödəniş etmişdir, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərov işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. İcra məmuru həmçinin qeyd edir ki, borclu tələbkara olan borcundan məhkəmədə baxılması zamanı tələbkara olan borcundan 620 manat ödəniş etmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 620 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1762/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1762/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver