Məhkəmə qərarları › İş №3(010)-1762/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1762/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1762/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1975-ci ildə Xankəndi doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tər-Tər rayonu, Borsunlu kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, nömrəsiz evdə yaşayan, 05 aprel 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 05 aprel 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin sahə inspektoru X2 tərtib etdiyi MN seriyalı ******* nömrəli 06 aprel 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə axşam saat 19:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində baş vermiş xırda və digər oğurluqlarla əlaqədar Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Rasim Abbaslı ilə Nurlan Əlizadə xidmət apararkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində piyada gedən bir nəfər şəxs, yəni Şəxs uca səslə nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları Şəxs yaxınlaşaraq özlərini təqdim etdilər. Daha sonra Şəxs ucadan qışqıraraq nalayiq ifadələr işlətməməyi və iradları bildirdikdə, Şəxs buna məhəl qoymayaraq yenidən uca səslə danışmağa davam etdiyi üçün polis əməkdaşları tərəfindən 31-ci polis bölməsinə getməsi təklif olundu, Şəxs isə qaçmağa cəhd etdi və polis bölməsinə getməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün 31-ci polis bölməsinə gətirilmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 06 aprel 2023-cü il tarixli İnzibati Xəta haqqında protokol ilə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və polis əməkdaşlarının onun hüquqazidd hərəkətini dayandırmağı tələb etdiklərinə baxmayaraq,bu hərəkətin davam etdirməsini ağırlaşdırılan hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 05 aprel 2023-cü il saat 20:05-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar