Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1766/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, N022 nömrəli qərarı icra etməmişdir və İD********** nömrəli müraciətlə idxal etdiyi məhsullar idxal sağlamlıq aktı olmadan satmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə 3-44-1/2-1- 1511/24 nömrəli məktubla dəvət edilmiş lakin iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin səlahiyyətli nümayəndəsi X2 tərtib olunan protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs ölkəyə idxal olan quru meyvələrə dair sertifikat verilməsi üçün Bölməyə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq idxal olunan məhsuldan nümunə götürülərək labaratoriyaya təqdim olunmuşdur. Labarotoriyanın sınaq nəticəsinə əsasən məhsulda kif-maya mikrohissəcikləri aşkar olunmuşdur. Texniki normativ hüquqi aktların göstəricilərinə uyğun olmadığı üçün belə məhsul təhlükəli məhsul hesab olunur. Həmin təhlükəli məhsulun məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barəsində qərar qəbul edilmişdir. Lakin sahibkar tərəfindən qərar icra olunmamış, məhsul barəsində bölməyə məlumat verilməmişdir. Hüquqi şəxsin nümayəndəsinə məlumat verilmiş, nümayəndə izahat verməkdən imtina etmiş, məhsulun məhv edilməsi barədə akt təqdim olunmuşdur. Həmin akt AQTA Bakı regional bölməsi tərəfindən tanınmır, belə ki, bölmənin nümayəndəsinin iştirakı olmadan məhsul məhv edilərək akt tərtib olunmuş, həmçinin məhsulun məhvinə dair hərhansısa foto-video mövcud deyil, yəni həqiqətən həmin istehsal və son istifadə tarixində olan məhsulun məhvi barədə sübut yoxdur. Nəticədə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, hüquqi şəxs Şəxs barəsində qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Şəxs nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, N022 nömrəli qərar son icra müddəti olan xx.xx.2024cü il tarixə kimi icra edilməsə, bu məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcək və barəsində inzibati icraata başlanacağı barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən məhsulların xx.xx.2023-cü il tarixdə “Qızıldaş” poliqonunda məhv edilməsinə dair akt tərtib olunmuşdur. Lakin məhv etməyə dair heç bir fotoşəkil və video təqdim olunmamışdır; Tullantıların təhvil təslim aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMCnin Azərbaycan Respublikasına idxal etdiyi 1000 kq quru qovun, 500 kq badam, 6000 kq ərik qurusu istifadə üçün yararsız olduğu üçün sözügedən müəssisənin səlahiyyətli nümayəndəsinin və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən tullantılar paliqonunda torpağa basdırılaraq məhv edilmişdir; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 022 nömrəli qərarın surətindən görünür ki, Şəxs MMCnin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında Özbəkistandan idxal olunmuş, xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, ümumi çəkisi 7425 kq, istehsalçısı “OOO PROGRESS ZERO İNFİNİTY” müəssisəsi olan quru qovun və ərik qurusu məhsul partiyasında idxal sağlamlıq aktının verilməsindən imtina olunmuş; qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məlumatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyası 10 (on) gün müddətində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada utilizasiya edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli sınaq nəticələrinin surətindən görünür ki, Şəxs MMC-yə məxsus məhsullardan götürülmüş nümunələrdə kif və maya göbələkləri aşkar olunmuşdur; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 058 nömrəli qərarın surətindən görünür ki, Şəxs MMCnin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, ümumi çəkisi 1050 kq, istehsalçısı “OOO PROGRESS ZERO İNFİNİTY” müəssisəsi olan quru qovun məhsul partiyasının dövriyyəsinin dayandırılması, 15 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması, göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, geri çağırılmış qida və yem məhsulunun Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmış və bu barədə Şəxs MMC-nin ünvanına göndərilən xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmişdir; Şəxs MMC-nin direktoru X3 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş quru qovun məhsul partiyası barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 058 nömrəli qərarı icra edilməmişdir. Bununla bağlı inzibati tənbeh tədbirlərinə etirazı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir; 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satmışdır. Həmçinin AQTA-nın Bakı regional bölməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, 022 nömrəli qərarı icra etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 4.500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1766/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1766/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver