Məhkəmə qərarları › İş №3(010)-1767/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1767/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1767/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1, Bakı şəhəri Nizami Rayon Dövlət X9 Baş Yol Patrul Xidməti inspektoru polis leytenantı X6 iştirakı ilə, X1 Bakı şəhəri Nizami Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Nizami RPİ DYPŞ-nin YPX inspektoru X3 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul etdiyi TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməsini və yeni qərar qəbul edilməsi üçün iş Nizami RPİ DYPŞ-nə göndərilməsini xahiş etmişdir. Məhkəmədə X7 Alış oğlu şikayətini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 15:30 radələrində ona məxsus 77BN019 dövlət qeydiyyat nişanlı, “KİA” markalı avtomobillə Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə hərəkət edərək “Lukoyl” YDM-nin qarşısındakı dairədən sola dönüb üzü “Xalqlar dostluğu körpüsü”nün altındakı dairə istiqamətində yoluna davam etmək istəyərkən, dairəyə 150 metr qalmış hərəkət məhdudlaşdırıldı. 10-15 dəqiqə gözlədikdən sonra (həmin küçə ilə üzü “Neftçilər” metrostansiyası istiqamətində heç bir avtomobil hərəkət etmirdi) tıxacda qalmış avtomobillərin geriyə dönərək hərəkət etdiyi bir vaxtda o da həmin küçədə geriyə dönərək B.Çobanzadə küçəsi ilə lazım olan ünvana getmək qərarına gəlmişdir. Qeyd edir ki, o, 1984-cü il tarixdən 2000-ci il tarixədək qarşısından geriyə döndüyü keçmiş 2714 saylı avtodəstədə müxtəlif vəzifələrdə işləmişdir və həmişə “Koroğlu” metrostansiyasmm yaxınlığındakı köhnə körpünün yanındakı dairədən üzü “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən zaman sola dönməklə avtodəstənin qarajına daxil olmağa və qarajdan çıxan avtobusların sola dönərək üzü “Neftçilər” metrostansiyası istiqamətində hərəkətinə icazə verilib. Eyni zamanda, yolun həmin hissəsində üfüqi nişanlanma xətləri görünmədiyinə və üzü “Neftçilər” metrostansiyasma doğru hərəkət olmadığına görə (tədbir olduğuna görə yol tam bağlanmışdı) yol boş olduğundan çoxlu sayda avtomobillərin geriyə dönərək hərəkət etdiyindən, mən də yolun həmin hissəsindən sola geriyə dönərək hərəkət etməyə başlamışdır. 150-200 metr hərəkət etdikdən sonra məni 99YP277 dövlət deydiyyat nişanlı YPX avtomobili saxlayaraq özünü təqdim etmədən sənədlərini istəmişdir. O, sənədləri verdikdə yalnız sürücülük vəsiqəsini götürdü. Əlindəki planşetdə yoxladı, qeydlər etdi, sonra sürücülük vəsiqəsini özünə qaytardı və 60 manat cərimə olunacağını dedi. O, etiraz etmiş və etirazını qeyd etmək üçün protokolu istəmiş, lakin o, ona inzibati xəta protokolunu (İXP) vermədi və qarşıdakı digər avtomobili yola salandan sonra arxadakı YPX avtomobilinə yaxınlaşdı. O da avtomobilindən düşüb onun ardınca gedərək İXP-ni istəmişdir. Lakin o, ona İXP-ni verməmişdir. O, 200-250 metrlikdə yerləşən Nizami RPİ-nin DYPŞ-nə gedərək YPX inspektorunun qanunsuz hərəkətləri barədə növbətçi hissəyə məlumat vermişdir O, tərtib edilmiş inzibati xəta haqqında protokolu (İXP) və inzibati tənbeh tətbiq etmə barədə qərarı xx.xx.2023-cü il tarixdə Nizami rayon DYPŞ-dən istəmişdir, lakin İXP-nin və qərarın ona verilməsi barədə tarixin qeyd edilməyəcəyinə görə onlardan imtina etmişdir və həmin sənədlərin ona rəsmi qaydada verilməsi üçün Nizami RPİ-nin rəisinə müraciət etmişdir. İXP 5174 729 saylı inzibati xəta haqqında protokolu və inzibati tənbeh tətbiqi barədə TP ******* saylı qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Nizami rayon DYPŞ-dən almışdır. Qeyd edir ki, mövcud qanunvericiliyə əsasən YPX inspektoru inzibati xəta törətmiş sürücüyə qarşı törətdiyi qanun (qayda) pozuntusuna görə inzibati xəta haqqında protokol (İXP) tərtib etməli və səlahiyyət dairəsinə aid olduqda inzibati tənbeh tədbiri tətbiqi barədə qərar qəbul edərək İXP-nin bir nüsxəsinə imza etdirməklə digər nüsxəsini sürücüyə verməlidir. Əgər sürücü protokola etiraz edirsə (bu barədə İXP blankında vəsatətini qeyd etməklə) YPX əməkdaşı inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsi üçün müvafiq sənədləri inzibati işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxsə təqdim etməlidir və bundan sonra sürücünün iştirakı ilə iş üzrə həmin şəxs tərəfindən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməlidir. Sürücü tərəfindən həmin qərardan yuxarı vəzifəli şəxsə inzibati qaydada və ya məhkəməyə, qərarın rəsmi qaydada alındığı gündən 10 gün ərzində şikayət verilməzsə qərar qanuni qüvvəsini alır və DİN-in “cərimə və cərimə balları” sisteminə yerləşdirilir. Lakin yuxarıda qeyd edilən İXP-ni tərtib edən YPX inspektoru nəinki mövcud qanunvericiliyə əməl etmədi, hətta onun etirazına məhəl qoymayaraq barəsində inzibati qaydada cərimə qərarı qəbul edib və tərtib edilən İXP-nin bir nüsxəsini istəsə də ona verməmişdir. Odur ki, Nizami RPİ DYPŞ-nin YPX inspektoru X3 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul etdiyi TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməsini və yeni qərar qəbul edilməsi üçün iş Nizami RPİ DYPŞ-nə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasnda Bakı şəhəri Nizami Rayon Dövlət X9 Baş Yol Patrul Xidməti inspektoru polis leytenantı X6 izahatında bildirdi ki, həmin hadisə olan günü hal-hazırda inzibati xəta törədilən şəxslə birlikdə bir neçə avtomobil üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək dönmə qaydalarını pozmuş, bununla bağlı protokol tərtib edilmişdir. İnzibati xəta törədən şəxs X8 da həmin qayda pozuntusunu etmiş, bununla bağlı saxlanılmış, protokol yazmaq üçün kağız olmadığından polis şöbəsinə dəvət edilmiş, tərəfin heç bir etirazı olmamış, protokol və qərar yazılaraq həmin şəxsə təqdim edilmişdir. Qərar elektron olmadığı üçün video və yaxud fotoşəkil həmin şəxsin şəxsi kabinetinə əlavə edilməmişdir. Lakin şöbədə bununla bağlı sübutlar, yəni video və yaxud fotoşəkil vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Dövlət X9 20 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X4 istifadəsində olan “KİA STONİC” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Özbəkistan küçəsində hərəkətdə olarkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozulması müəyyən edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, X4 barəsində sola və ya geriyə dönmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 60 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Nizami Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Həmin uyğunsuzluqların və X8 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Nizami Rayon Dövlət X11 əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X4 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Nizami Rayon Dövlət X13 göndərilməklə, şikayət təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Nizami Rayon Dövlət X13 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar