Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1767/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi 05 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli 2(011)-3250/2020 nömrəli icra vərəqəsinə əsasən 12 yanvar 2017-ci il təvəllüdlü X8 və 11 yanvar 2019-cu il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün anaları X3 yanında qalmaları, 12 yanvar 2017-ci il təvəllüdlü X5 və 11 yanvar 2019-cu il təvəllüdlü X1 üçün 18 may 2020-ci il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməli, 11 yanvar 2019-cu il təvəllüdlü X6 xəstəliyi üçün 18 may 2020-ci il tarixdən başlayaraq, Şəxs hər ay 50 manat məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməli, 11 yanvar 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni 11 yanvar 2022-ci il tarixədək 18 may 2020-ci il tarixdən başlayaraq, Şəxs hər ay 50 manat məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 20 avqust 2020-ci il tarixində icraata daxil olmuşdur. Borclu qədər bildirişlə 08 sentyabr 2020-ci il tarixdə tanış olmuş və qərarın icrası tələb olunmuşdur. Borclunun borcu bu günki tarixə qədər 18940 manat təşkil edir. Borclu bu borcundan cəmi 1800 manat ödəniş etmişdir. Borclunun qalıq borcu 17140 manatdır. Borclu izahatında işləmədiyi və aliment miqdarının yüksək olması səbəbi ilə ödəniş edə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Hər ay uşaqlarına maddi imkanı çatdığı qədər köməklik edir və gələcəkdə də imkanı çatdığı qədər köməklik edəcəkdir. Odur ki, bunları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1767/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1767/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver