Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1768/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 iştirakı ilə, X3, xx xxxxxx 1956-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7, 22 oktyabr 2021-ci il tarixdə Qaraçuxur qəsəbəsi, Şərq Y/S, döngə 15-də qonşusu X2 aralarında yaranmış mübahisə zamanı X4 qəsdən vuraraq, ona sağ mil-bilək oynağının və döş qəfəsinin ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Həsənzadənin 22 noyabr 2021-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respulikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PB-nin aidiyyalı əməkdaşına verilmişdir. Buna görə də X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, şəxsiyyət vəsiqəsində adı Bayaz olsa da, hər kəs onu Günay adı ilə tanıyır. 22 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən qonşu Asimanın həyətdə su krantını açıq qoyduğunu və həyətdə suyun axaraq həyəti batırdığını görmüşdür. Bu səbəbdən bu barədə ev sahibəsi Sevdaya zəng edərək məlumat vermişdir. Təxminən 18:30 radələrində yaşadığı evdə olarkən Asiman gəlmiş, nə üçün ev sahibəsinə suyu açıq qoyduğunu deməsini deyərək barəsində xoşa gəlməz sözlər demişdir. O, cavab olaraq əcəb etdiyini bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asiman onun və qızı Saniyənin paltarının sinəsindən tutaraq dartmış, bıı zaman o və eyni zamanda qızı Saniyə hər ikisi əlləri ilə Asimanın sinəsindən itələmişlər. Həmin vaxtı Asimanın tanışı Nurlan yaxınlaşıb əl atmaq istəyən zaman əli ilə onun da əlindən kənanıq itələmişdir. Onun xəsarəti olmadığından MTE-dan keçməkdən imtina etmişdir. Hadisə 3-5 dəqiqə danım etmiş və hadisə yerində kənar heç kim toplaşmamışdır. X1 etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 bildirdi ki, Günay eyni zamanda qızı Saniyə qonşusudur. Münasibətləri hər zaman yaxşı olmuşdur va əvvəllər aralarında heç bir ədavət olmamışdır. 22 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evdə ev işləri ilə məşğul olurdu. Bu zaman evin qapısının döyülməsini eşidərək açmış va kirayə qaldığı evin sahibəsi Sevdanın gəldiyini görmüşdür. Sevda ona nə üçün həyətdə olan su krantını açıq qoyduğunu, suyun həyətə dolduğunu və boş-boşuna pul yazdığını dedi. O, səhər anidən xəstəxanaya getdiyi üçün unutduğunu deyərək üzr istəmişdir. Sevda ona öz iradını bildirib çıxıb getmişdir. O, Sevdaya bu hadisə barədə malumatın eyni həyətdə, eyni evin digər qapısında kirayə yaşayan Günay tərəfindən verilməsini bildiyi üçün əşəbləşmiş və onun qapısına getmişdir. Qapını döydüyü zaman Günay qapını açmış va o, Günaya nə üçün suyu unudub açıq qoymağını ev yiyəsinə deməsinə irad tutmuşdur. Bu zaman Gunay nə üçün həyətini çirkləndirirsən deyərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Günay anidən üzərinə gələrək sinəsindən tutaraq ona xəsarət yetirmişdir. Daha sonra sağ qolundan xəsarət yetirmişdir, həmin vaxtı Günayın qızı Saniyə də onlara yaxınlaşıb anidən sinəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı o, Günayin əlindən tutub kənara itələmişdir və həmin vaxt yaşadığı evdə qonaq olan eyni zamanda həyətdə yaxınlıqda olan tanışı Nurlan onların yanına gələrək onları ayırmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Sonda zərərçəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 ilə barışdığını nəzərə alaraq sonuncunun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X8 bildirdi ki, 22 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində X6 yaşadığı evdə ev işləri ilə məşğul olarkən evin qapısının döyülməsini eşidərək qapını acmış və kirayə qaldığı evin sahibəsi Sevdanın gəldiyini görmüşdür. Sevda ona nə üçün həyətdə olan su krantının açıq qoyduğunu, suyun həyətə dolduğunu və boş-boşuna pul yazdığını demişdir. O, səhər anidən xəstəxanaya getdiyi üçün unutduğunu deyərək üzr istəmiş və Sevda ona oz iradını bildirib çıxıb getmişdir. O, Sevdaya bu barədə məlumatın eyni həyətdə eyni evin digər qapısında kirayədə yaşayan Günay tərəfindən verilməsini bildiyi üçün əsəbiləşmiş və onun qapısına getmiş, Günaya nə üçün suyu unudub açıq qoymasını ev yiyəsinə deməsi barədə irad bildirmişdir. Bu zaman Günay nə üçün həyəti bulandırırsan deyərək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Günay anidən onun üzərinə gələrək sinəsindən tutaraq xəsarət yetirmişdir. Daha sonra sağ qolundan xəsarət yetirmişdir. Həmin vaxti Günayın qızı Saniyə də onlara yaxınlaşıb anidən onun sinəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı o, Günayın əlindən tutub kənara itələmişdir və həmin vaxt Asimanının yaşadığı evdə qonaq olan, eyni zamanda həyətdə yaxınlıqda olan tanışı Nurlan gəlib onlari ayırmışdır. Bundan sonra o əsəbiləşərək DİN-nin 102 xidmətinə müraciət etmişdir. Daha sonra vətəndaş hadisənin 3-5 dəqiqə davam etdiyini və kənar heç kəsin toplaşmadığını göstərmişdir.İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X3 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə, inzibati xətanı törətmiş şəxs X3 zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53 və 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs X7 zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1768/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1768/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver