Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1771/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 və icra sənədi üzrə tələbkar X4 iştirakı ilə, Şəxs, xx xxx 1977-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, üç yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 250 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Zaqatala rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən 04 yanvar 2003-cü il təvəllüdlü X2 və 15 noyabr 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşınaçatanadək saxlanılmaları üçün Şəxs X4 xeyrinə tutulan Zaqatala rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli, 2(033)-86/2011 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)- 5375/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən Şəxs 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 noyabr 2010-cu il təvəllüdlü X5 və 13 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində tutularaq Guseinova Sevinjə verilməlidir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədləriini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, 2019-cu ildən heç bir yerdə işləmir, bir neçə yerə müraciət etsə də iş tapa bilməmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğuna görə icra sənədləri üzrə öhdəliyini icra edə bilməmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X13 məhkəmədə bildirdi ki, icra sənədləri üzrə müvafiq aydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlərlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədlərinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun halhazırda icra sənədləri üzrə aliment borcu 9.800 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi mənim qanuni tələblərimi yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Zaqatala rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsinə dair icra sənədi üzrə tələbkar X8 məhkəmədə bildirdi ki, Zaqatala rayon Məhkəməsinin 28 fevral 2011-ci il tarixli, 2(033)-86/2011 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin miqdarı Zaqatala rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsi ilə artırılaraq, hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən edilmişdir. Lakin borclu müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən qərəzli olaraq yayınır. Borclu alimenti ödəmir, bir valideyin kimi uşaqların qayğısına qalmır, onların maddi təlabatlarını qarşılamır. Sonda Z.Ş.Qələndərova, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 04 yanvar 2003-cü il təvəllüdlü X2 və 15 noyabr 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşınaçatanadək saxlanılmaları üçün Şəxs X4 xeyrinə tutulan Zaqatala rayon Məhkəməsinin 28 fevral 2011ci il tarixli, 2(033)-86/2011 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay hər uşaq üçün 125 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 09 iyul 2018-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Zaqatala rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Həmin bildirişin və qərarın surəti borclu Şəxs 12 iyul 2018-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 noyabr 2010-cu il təvəllüdlü X5 və 13 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində tutularaq Guseinova Sevinjə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 03 noyabr 2021-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. 28 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcu Zaqatala rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(033)-722/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 8.750 manat, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(010)-5375/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə isə 1.050 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 28 dekabr 2021-ci il tarixdən, saat 10:30dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1771/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1771/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver