Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1773/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********, Bakı şəhəri Nərmanov rayonu,Əhməd Rəcəbli küçəsi, 46b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Şosesi 93 ünvanında yerləşən izolyasiya istehsalı sexində Ətraf Mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitin təsirinin uçotunun və hesabatının aparılmadığı müəyyən edilmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Suraxanı rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 27 mart 2023-cü il tarixli, MN №1762334 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 protokola uyğun izahat verərək bildirdi ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Şosesi 93 ünvanında yerləşən izolyasiya istehsalı sexi olan Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə və Nazirlər Kabinetinin “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına və ona dəyişikliklər edilmiş 17 avqust 2022-ci il tarixli 308 nömrəli qərarına əsasən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət və qeyri-dövlət təşkilatları (təbiət istifadəçiləri) ətraf mühitin çirklədirilməsinə, istehsalat-məişət tullantılarının yerləşdirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə “X4 üzrə Dövlət Fondu”na ödənişlər etməlidir. Həmin ödənişlərin hesablanması üçün Şəxs MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X3 rəyi (1999-cu ildən “Ətraf mühiti mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra yaranan müəssisələr) ekoloji normativ sənədləri ( “ekoloji pasport”, “ətraf mühitə təsirin qiymətləndirmə sənədi”, “atmosfer havasına zərərli maddələrin ona fiziki təsir mənbələrinin inventaraşdırma sənədi”) əldə edilərək həmin sənədlərə əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2TG (hava təhlükəli tullantılar və su təsərrüfatı) illik statistik hesabatlar 2023-cü ilin 25 yanvar tarixinə kimi İdarəyə təqdim edilərək razılaşdırılmalı idi. Bununla bağlı Şəxs MMC-yə 28 oktyabr 2022ci il tarixli 26/1684 nömrəli məktub ünvanlanmış, lakin müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı, onun əsasında tərtib edilmiş illik statistik hesabat idarəyə təqdim edilməmişdir. Həmçinin 18 yanvar 2023-cü il tarixli Şəxs MMC-yə ünvanlanmış məktubda da qeyd edilmişdir ki, “X4 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli Qərarına, həmin qərara edilmiş dəyişikliklər barədə 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarla təsdiq edilmiş yeni ödəniş normativlərinə əsasən rəhbərlik etdikləri müəssisənin istehsalat monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılması və ətraf mühitə atılan (axıdılan və yerləşdirilən) tullantılara görə hesablanmış ödənişlərin hər ayın 10-dan gec olmayaraq “X4 üzrə Dövlət Fondu”na ödənilməsinin təmin edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli 26/1704 nömrəli məktubla müraciət olunmuş, lakin tərəflərindən bununla bağlı idarəyə heç bir məlumat təqdim edilməmiş və ödənişlərin qeyd edilən fonda ödənilməsi təmin edilməmişdir. Nəticədə İXM-nin 239-cu maddəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhəmədən xahiş etmişdir. Məhkəmə iclasınadək Şəxs MMC tərəfindən 02 may 2023-cü il tarixli daxil olmuş ərizədə bildirilmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Həmin protokol əassız olduğundan ləğv olunaraq inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cəmiyyətlərinə göndərilmiş xx.xx.2023-ci il tarixli məktubda qeyd olunan və tərtib olunmuş inzibati protokolun obyekti olan Zığ qəsəbəsi, Zığ şossesi 93 ünvanında yerləşmiş müəssəsə tərəflərindən xx.xx.2015-ci il tarixli icarə müqaviləsi ilə "xxxx" ASCdən icarəyə götürülmüşür. Daha sonra xx.xx.2022-cil tarixində icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılaşması ilə xitam verilmişdir. Əlavə olaraq, həmin ünvanda cəmiyyətlərinə məxsus vergi orqanında **********-19002 obyekt kodu ilə qeydiyyatdan keçmiş müəssəsə fəaliyyətini dayandıraraq qeydiyyatdan çıxarılmışdır. Bununla bağlı tərəflərindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət olunmuş və Vergilər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan obyekt uçotdan çıxarılmışdır. Bunu elektron vergi sistemindən Şəxs MMC-yə verilmiş arayış da təsdiq edir. Bundan başqa, elektron məhkəmə sisteminə əlavə edilmiş 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsası olan 78491 nömrəli akt tam olaraq əsassızdır. Akt-da xx.xx.2023-cü il tarixində Şəxs MMC-yə məxsus obyektdə yoxlama keçirildiyi qeyd olunmuşdur. Yuxarıda da qeyd etdikləri kimi Zığ qəsəbəsi, Zığ şossesi 93 ünvanında yerləşmiş müəsssisə icarəyə götürülmüşdür və xx.xx.2022-ci il tarixindən müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilmişdir. Yoxlamanın keçirildiyi tarixdə qeyd olunan ünvandakı müəssisələri fəaliyyətini artıq uzun müddətdir ki dayandırmışdır. Belə olan halda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokol və protokolun əsası olmuş yoxlama aktı tam olaraq əsassızdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alınmasını və işə iştirakları olmadan baxılaraq Şəxs MMC barəsində tərtib olunmuş protokolu ləğv etməklə inzibati xəta haqqında işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-ci il tarixli, 78491 saylı aktdan görünür ki, “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə və Nazirlər Kabinetinin “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına və ona dəyişikliklər edilmiş 17 avqust 2022-ci il tarixli 308 nömrəli qərarına əsasən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət və qeyri-dövlət təşkilatları (təbiət istifadəçiləri) ətraf mühitin çirklədirilməsinə, istehsalat-məişət tullantılarının yerləşdirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə “X4 üzrə Dövlət Fondu”na ödənişlər etməlidir. Həmin ödənişlərin hesablanması üçün Şəxs MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X3 rəyi (1999-cu ildən “Ətraf mühiti mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra yaranan müəssisələr) ekoloji normativ sənədləri ( “ekoloji pasport”, “ətraf mühitə təsirin qiymətləndirmə sənədi”, “atmosfer havasına zərərli maddələrin ona fiziki təsir mənbələrinin inventaraşdırma sənədi”) əldə edilərək həmin sənədlərə əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2TG (hava təhlükəli tullantılar və su təsərrüfatı) illik statistik hesabatlar 2023-cü ilin 25 yanvar tarixinə kimi İdarəyə təqdim edilərək razılaşdırılmalı idi. Bununla bağlı Şəxs MMC-yə 28 oktyabr 2022-ci il tarixli 26/1684 nömrəli məktub ünvanlanmış, lakin müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı, onun əsasında tərtib edilmiş illik statistik hesabat idarəyə təqdim edilməmişdir.Bununla bağlı Şəxs MMC-yə 28 oktyabr 2022-ci il tarixli 26/1704 nömrəli məktub ünvanlanmış, lakin müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı, onun əsasında tərtib edilmiş illik statistik hesabat idarəyə təqdim edilməmişdir. Nəticədə İXM-nin 239-cu maddəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Şosesi 93 ünvanında yerləşən izolyasiya istehsalı sexində Ətraf Mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitin təsirinin uçotu və hesabatı aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239–cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Şəxs MMC tərəfindən göndərilmiş məktubda qeyd olunan xususatlar, o cümlədən Şəxs MMC-nin fəaliyyətinin uzun müddət dayandırılmasına, həmin obyektin digər müəəsisəyə icarəyə verilməsinə və 24 oktyabr 2022-ci il tarixdə icarəyə verilməsinə və həmin tarixdən sonra işləməmələrinə və həmin obyektin öz fəaliyyətinin dayandırılmasınına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. “X4 haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat X4 sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar 239-cu maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş 8.500 (səkkiz min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1773/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1773/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver