Məhkəmə qərarları › İş №3(010)-1776/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1776/2022

14.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1776/2022 14.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1994-cü il tarixdə, Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində 14 may 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs 14.05.2022-ci il tarixdə saat 00.15-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin növbətçi hissəsinə içkili vəziyyətdə daxil olmuşdur və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 13.05.2022-ci il tarixdə saat 22:53-də DİN-nin “102”xidməti zəng mərkəzi sistemindən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur ki,ünvan 1 ünvanda yaşayan Şəxs, 31-ci PBnə yazdığı ərizə araşdırılmadığı üçün narazılıq etmiş və müraciət zamanı xidmətin əməkdaşlarını söyərək təhqir etmişdir. Bundan sonra həmiun şəxslə əlaqə saxlanılıb və bölməyə dəvət edilmişdir. Şəxs saat 00.05 radələrində sərxoş vəziyyətdə 31-ci polis bölməsinin inzibati binasına daxil olmuş, və polis bölməsində yenidən qeyri-etik davranaraq polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir.Onu nizamintizama dəvət edən zaman isə o, buna məhələ qoymamış, xidməti otaqda mebellərə təpik-yumruqla vurarmaqla öz hərəkətlərinə davam etmişdir.Həmin vaxt o və eynu zamanda bölmədə olan əməliyyat müvəkkili, polis baş leytenantı Emil İsmayılov, növbətçi polis mayoru Elbəy Əliyev və digər əməkdaşlar onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş və bu cür hərəkətlərini 20 dəqiqiə davam etdirməklə növbətçi hissənin iş rejimini pozmuşdur.Bu hərəkətlərnin nəticəsində o, istilik cihazlarına gələn plastmas borunu da dartaraq sındırmış və bununla da PB-nə maddi zərər vurmuşdur. Odur ki, məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona həqiqətən də 13.05.2022-ci il tarixdə ona 31-ci PB-dən zəng gəlmiş,və o bölməyə dəvət olunmuşdur.Təxminən saat 00.05 radələrində polis bölməsinə inzibati binasına daxil olmuşdur. PB-nə belə gec getməsinin səbəbini iş vaxtının gec qurtarması ilə izah etmişdir. Daha sonra əlavə etmişdir ki, polis bölməsinə gedərkən onun içkili olması doğrudur. Lakin sahə rəisi X1 göstəridiyi hərəkətlərdən hər hansı birini etdiyini xatırlamır. Yeganə onu deyə bilər ki, onun ərizəsinin araşdılıması həvalə edilmiş təhqiqatçıya xidməti otağına yaxınlaşıb və ona, “nəyə görə ərizəsinə baxılmamsını” irad tutarkən, təhqiqatçı onu söyərək otaqdan qovmuş, o da öz nöbəsində təhqiqatçını söymüşdür.Odur ki,məhkəmədən barəsində 100 manat cərimə edilməklə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 535.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 14.05.2022-ci il tarixdə saat 00:05-də Suraxanı rayonu, RPİ-nin 31-ci PB-də 20 dəqiqə müddətində xidmət rejimini pozmuş, DİN-nin “102”- xidmətinin əməkdaşlarını təhqir etmişdir. 14.05.2022-ci il tarixli, 1/937 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəxs 14.05.2022ci il tarixdə saat 00:05 radələrində sərxoş vəziyyətdə 31-ci polis bölməsinin inzibati binasına daxil olmuş, polis bölməsində qeyri-etik davranaraq polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir.Onu nizam-intizama dəvət edən zaman isə o, buna məhələ qoymamış, xidməti otaqda mebellərə təpik-yumruqla vurarmağa davam etmişdir. Həmin vaxt bölmədə olan sahə rəisi X2,əməliyyat müvəkkili, polis baş leytenantı Emil İsmayılov, növbətçi polis mayoru Elbəy Əliyev və digər əməkdaşlar onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş və bu cür hərəkətlərini 20 dəqiqə ərzində davam etdirməklə növbətçi hissənin iş rejimini pozmuşdur. Bundan sonra isə o, istilik cihazlarına gələn plastmas borunu da dartaraq sındırmış və bununla da PB-nə maddi zərər vurmuşdur. Hadisə baş verən zaman içkili vəziyyətdə olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı kobud hərəkətlərə yol vermiş, bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. İXM-in 31.4-cü mddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini, yüngülləşdiri və ağırlaşdırıcı halları, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə - 8 gün müddətində həbs edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, İXM-in 535.1-ci maddəsinin sanksiyasında bur ayadək həbs nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 8 gün müddətində həbs inzibati tənbehi tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 13 may 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar