Məhkəmə qərarları › İş №3(010)-179/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-179/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-179/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X6 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1990-cı il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, heç yerdə işləməyən, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Tusi küçəsi, 10 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 21 dekabr 2021-ci il tarixdə, yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Tusi küçəsi, 10 nömrəli evdə aralarında yaranmış mübahisə zamanı qaynı arvadı X3 qəsdən vuraraq, sonuncuya sağ dirsək oynağının sıvrığı,. hər iki bazunun və hər iki əlin cızıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə həyətə zibil atmağa və toyuqlara su verməyə gedərkən qaynı arvadı Mehribanla qarşılaşmışdır. Aralarında mübahisə yarandığından, mübahisə zamanı əlində olan suyu Mehribanın üzərinə atmışdır. X5 onun saçını yolmağa başladıqda o, Mehribanın saçından və köynəyinin yaxasından tutmuşdur, lakin o, X3 döyməmiş, sonuncuya xəsarət yetirməmişdir. Sonda Şəxs barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 bildirdi ki, yaşadıqları ev həyət həyat yoldaşının atasına məxsusdur və sonradan qayınatası tərəfindən övladları arasında bölünmüşdür. Bundan sonra qaynının həyat yoldaşı Şəxs mülk üstündə mütamadi olaraq onlarla münaqişə yaratmışdır. 21 dekabr 2021-ci il tarixdə saat 10:50-də həyətdə olarkən Qumru yenidən onunla mülk üstündə münaqişə yaradaraq, onun saçını yolmuşdur. 22 dekabr 2022-ci il tarixdə saat 11:30-da həyətdə olarkən Qumru yenidən mülk üstündə baş vermiş mübahisə zəmnində onun üzərinə su ataraq, köynəyini tutub cırmış, saçından tutub yerə yıxmışdır. Şəxs əlində olan mismarla onun qollarına xəsarət yetirmişdir. Bundan sonra o, həyat yoldaşı İslam İslamova məlumat vermişdir, həyat yoldaşı bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir.X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X9 bildirdi ki, X5 22 dekabr 2021-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət edərək mülk üstündə baş vermiş mübahisə zəmnində qaynının həyat yoldaşı Şəxs tərəfindən 21 dekabr 2021-ci il və 22 dekabr 2021-ci il tarixlərdə döyüldüyünü bildirmişdir.X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 27 dekabr 2021-ci il tarixli, 1396 saylı rəyindən görünür ki, M.X.Paşayevanın bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ dirsək oynağının sıyrığı, hər iki bazunun və hər iki əlin cızıqları.Qeyd edilən cızıqlar şiş uca malik əşyanın (əşyaların, ola bilsin mismar), sıyrıq bərk küt əşyanın təsirindən törənmişlər, alınma müddətləri müayinədən 2-3 gün əvvəl uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları-üçiin dərəcələri təyin edilmir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı X7 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilsin qərarın surəti inzibati tədbir görülməsi üçün müvafiq əməkdaşa həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında işə məhkəmədə baxılan zaman isə Şəxs himayəsində iki azyaşlı uşağının olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar