Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1790/2020 15.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İş üzrə zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkəti etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, X3 onun keçmiş həyat yoldaşıdır. Onlar ayrılsalar da, bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində o, ümumi həyətlərində yerləşən X2 yaşadığı ünvana yaxınlaşaraq, sonunjunun himayəsində qalmış uşaqlarını görmək istəmiş, Sevil buna imkan vermədikdə, həyətlərində aralarında mübahisə yaranmış və şəxsi münsibətlər zəminində yranmış mübahisə zamanı o, Sevili nalayiq söyüşlərlə söymüşdür. Onlar mübahisə edərkən heç kimi narahat etməmiş və onlar arasında mübahisə yaşadıqları evlərin ümumi həyətində, şəxsi münsibətlər zəminində baş vermişdir. Məhkəmə ijlasında izahat vermiş iş üzrə zərərçəkmiş şəxs X3 göstərmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar ayrılsalar da, bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Emin dəfələrlə onun ünvanına nalayiq söyüşlər söyərək, onu və uşaqlarını narahat etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində Emin ümumi həyətlərində yerləşən onun yaşadığı ünvana yaxınlaşaraq, himayəsində qalmış uşaqlarını görmək istəmiş, nəticədə, həyətlərində aralarında şəxsi münsibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Emin onu nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində AR İXM-in 510-ju maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə ijlasınla izahat vermiş Şəxs ona istinad edilən inzibati xətanı törətmədiyini, onunla keçmiş həyat yoldaşı X3 arasında anjaq şəxsi münasibətlər zəminində, yaşadıqları ümumi həyətdə mübahisə olduğunu, bu mübahisə zamanı hər hansı ijtimai qaydanın pozulmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs X1 tərəfindən söyülərək təhqir olunduğunu, lakin bunun şəxsi münasibətlər zəminində, ümumi yaşadıqları həyətdə baş verdiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, AR İXM-in 510-cu maddəsinin dispozisiyasına əsasən ijtimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilir və inzibati məsuliyyətə səbəb olur. Eyni zamanda, şəxsi münasibətlər zəminində ailə üzvlərinə, yaxın qohumlarına, tanışlarına qarşı edilən hərəkətlər ictimai qaydanın pozulmasına yönəlmədikdə, həmin hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Tərəflərin izahatlarından da müəyyən oldu ki, onların arasındakı münaqişə şəxsi münasibətlər zəminində baş vermiş və ictimai qaydanın pozulmasına yönəlməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətləri xırda xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1790/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1790/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver