Məhkəmə qərarları › İş №3(010)-1790/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1790/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1790/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X1, 18 iyun 1991-ci ildə Riqa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4ZZ9L13, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti baş inspektoru polis kapitanı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 aprel 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 24 mart 2023-cü il tarixdə X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti baş inspektoru polis kapitanı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 aprel 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 17 aprel 2023-cü il tarixdə X3 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 TP seriyalı ******* nömrəli qərarının ətraflı araşdırılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarından görünür ki, X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti baş inspektoru polis kapitanı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 aprel 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarından şikayət vermiş, lakin həmin şikayətin xahiş etdi hissəsində tələb dəqiq göstərilməmişdir. Buna görə də, müvafiq müraciətə Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun formada baxıla bilməz. Məhkəmə qeyd edir ki, şikayət ərizəsində göstərilən məsələyə X1 şikayət ərizəsi qanuna uyğun formada tərtib edildikdən və şikayət edənin tələbləri dəqiqləşdirildikdən sonra baxıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar