Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1791/2020 15.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-728/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin xeyrinə 267 manat məbləğində borc, dövlət büdcəsinə 20 manat dövlət rüsumu, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə 6530 manat məbləğində pul vəsaiti, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3061/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 xeyrinə 9030 manat məbləğində pul vəsaiti tutulmalıdır. İnzibati materiallar araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini icra etmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(010)-871/2019 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 650 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 9.2-ci maddəsinin mənasına görə, şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra həmin xətanı törətməkdə davam edərsə, Məcəllənin 35-ci maddəsində müəyyən edilmiş bir il müddət gözlənilmədən yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu zaman “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə, Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib - edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Hazırki iş materiallarından Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən və yaxud da qərəzli olaraq icra edilməməsi müəyyən olunmur. Qeyd olunan qənaətin nəticəsi olaraq şəxsin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)- 6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədini ijra etmədiyinə görə inzibati və yaxud da cinayət məsuliyyətinə cəlb olunması nəticəsinə gəlmək olar ki, hazırki iş materiallarının araşdırılması nəticəsində bu qənaətə gəlmək mümkün deyildir. İcra məmuru tərəfindən yuxarıda göstərilən hallar araşdırılmamış və müvafiq araşdırma aparılmadan, şəxsin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-728/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədini və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3061/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini ijra etmədiyindən əlavə, onun yenidən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədini də ijra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, hər üç ijra sənədi üzrə ijra işinin bir ijraatda birləşdirilməsi göstərilən araşdırmanın aparılması üçün heç bir hüquqi məhdudiyyət yaratmır. Araşdırmanın nətijəsi olaraq Şəxsnun Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədini yenidən üzrsüz səbəbdən ijra etmədiyi qənaətə gəlindiyi halda, şəxsin hər üç ijra sənədinin üzürsüz səbəbdən ijra etmədiyinə dair İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib etmək olardı. Araşdırmanın nətijəsi olaraq Şəxsnun Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədini artıq qərəzli olaraq ijra etmədiyi qənaətə gəlindiyi halda, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-6101/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ijra işin ayrı ijrata ayrılmalı və borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bu ijra işi üzrə cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana təqdimat verməli, digər iki ijra vərəqəsini üzürlü ijra etmədiyinə görə isə onun inzibati məsuliyyətə jəlb olunması barə protokol tərtib edilməli idi. İjra məmuru tərəfindən bu araşdırma aparılmadan, hər üç ijra vərəqini ijra etmədiyinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib dilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1791/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1791/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver