Məhkəmə qərarları › İş №3(010)-1792/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1792/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1792/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXM-nin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin X14 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Məhkəmə-tibbi ekspertizasının 09 fevral 2023-cü il tarixli 85 №-li rəyi ilə müəyyən edilmişdir ki, X4 bədəni üzərində olan xəsarətlər boyun və sağ çiyin nahiyəsinin əzələ bağ aparatının gərilməsi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 09 fevral 2023-cü il tarixli 86 №-li rəyi ilə müəyyən edilmişdir ki, X5 bədəni üzərində olan xəsarətlər: sağ qaşüstü nahiyənin səthi əzilmiş yarası, bud əzələlərinin gərilməsi ilə müşayiət olunan hər iki budun şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Material üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 01 mart 2023-cü il tarixli 8/600 №-li rəyi ilə müəyyən edilmişdir ki, idarə etdiyi «Hyundai Sonata» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşudur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərardan görünür ki, 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində X6 idarə etdiyi «Hyundai Sonata» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu Hövsan qəsəbəsindən Xəzər rayonu Şağan istiqamətində hərəkətdə olarkən yol kəsişməsində Şəxs Mehmet oğlunun idarə etdiyi «Kia Optima» markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, «Hyundai Sonata» markalı avtomobilin sərnişini X7 xəsarət alaraq 3 saylı ŞKX-na müraciət etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç kimin sağlamlığına az ağır və ya ağır zərər dəymədiyindən sürücülərin əməllərində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi yoxdur. Buna görə də, toplanmış material üzrə sürücülərin barələrində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş materialarını nəzərdən keçirib barəsində protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Məhkəmə iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəylərini nəzərdən keçirib hesab edir ki, ekspert rəylərii hazırki iş üzrə mötəbər sübut sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısında 3.1-ci bənddə yüngül xəsarətlər sadalanmışdır. Onlara aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Göründüyü kimi məhkəmə-tibbi ekspertizasının rəylərində qeyd edilmiş X2 qaşüstü nahiyənin səthi əzilmiş yarası, bud əzələlərinin gərilməsi ilə müşayiət olunan hər iki budun şişkinlik halında əzilməsi və X4 boyun və sağ çiyin nahiyəsinin əzələ bağ aparatının gərilməsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısının təsdiq edilməsi barədə qərarda qeyd edilən yüngül xəsarət növlərinə aid deyildir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda qeyd edilən normanın dispozisiyasında zərəçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi qeyd edilmişdir. Sözü gedən İXM- nin normasının tərkibinin yaranması üçün ilk növbədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması sübut edilməlidir. İş materiallarından X4 və X1 yüngül xəsarət yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sxeminin tərtib edilməsi sürücülərdən biri Şəxs Mehmetin iştirakı ilə keçirilmiş, digər sürücü X4 iştirakı təmin edilməmiş nəticədə sxem onun iştirakı olmadan tərtib edilmiş, sxemin tərtib edilməsində onun ifadəsi nəzərə alınmamışdır. Bundan əlavə məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən görünür, yol-nəqliyyat sxemi tərtib edilməsi zamanı həmin fotoşəkillər nəzərə alınmamış, yol-nəqliyyat vasitələrin yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sxemdə tam olaraq real əksini tapmamışdır. Belə ki, fotoşəkillərdən görünür ki, hadisə X4 idarə etdiyi maşın əsas yola çıxmaq üçün ona yaxınlaşsa belə, hadisə onun yola hələ çıxmamış vəziyyətdə baş verir. Sxem isə əksi göstərir. İş üzrə olan sənədlərin və sübutların bir-birinə uyğun olmaması ilə əlaqədar olaraq Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməldir. Odur ki, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, protokolda göstərilən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir.. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin X14 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar