Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-18/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx xxxxxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi 14 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-5649/2021 nömrəli icra vərəqəsinə əsasən 05 dekabr 2011-ci il təvəllüdlü X3 və 03 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment 22 dekabr 2021-ci il tarixdən hesablanmaqla X1 tutularaq X6 ödənilməlidir. Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadları ilə X5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə məcburi qaydada gətirilməli və iş üzrə icraat dayandırılmalıdır. Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə X5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə gətirildiyindən iş üzrə icraat təzələnmişdir. Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X11 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi 05 yanvar 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti elektron icra portalı vasitəsi ilə yoxlanılmış, lakin borclunun adına heç bir əmlak aşkar edilməmişdir. Borclu icra sənədinin icrasından və çağırışlara gəlməkdən yayındığından, eləcə də, onun olduğu yeri müəyyən etmək tərəfindən mümkün olmadığından barəsində 05 sentyabr 2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş və idarə tərəfindən borclu barəsində müvafiq qaydada axtarış işi açılmışdır. 27 oktyabr 2022ci il tarixdə borclu polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Borclu şöbəyə təhvil verildikdən sonra qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona təqdim edilməklə izahatı alınmışdır. Borclu ilkin izahatından sonra da, tələbin icrasını təmin etməmiş və bu səbəbdən də, 14 dekabr 2022-ci il tarixdə onun şöbəyə gətirilməsi təmin edilərək növbəti izahatı alınmışdır. İzahatında borclu tələbin təmin edilməməsini maddi imkansızlıqla əsaslandırmışdır. İcraat dövründə sonuncusu 29 sentyabr 2022-ci il tarixdə 300 manat olmaqla ümumilikdə 770 manat aliment pulunun tələbkarın xeyrinə ödənilməsi təmin edilsə də, 14 dekabr 2022-ci il tarixə 2530 manat aliment borcu yaranmışdır. Bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Əlavə olaraq bildirmişdir ki, hal-hazırda borcu bağlamağa imkanı yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədi və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 31 oktyabr 2023-cü il saat 11:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-18/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-18/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver