Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-18/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci və 592-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci və 592-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. 12 avqust 2023-cü il tarixli, EP №0120515 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci şöbədən daxil olmuş 3-33-/3-1- 019935/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) ünvanına Çin Xalq Respublikasında yerləşən “Yuanying import and Export Co Limited” şirkətindən 44AB771/44AB772 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan SLVU4869220 nömrəli konteynerdə daşınan, xx.xx.2023-cü il tarixli CTR00150 saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük İdarəsində **********5445 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2023-cü il tarixində ipək Yolu gömrük postunda Şəxs və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, **********5445 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilməmiş 150 ədəd “Royal Generation” markalı, 120 ədəd “Drone” markalı və 108 ədəd “E88 Drone” markalı olmaqla cəmi 378 ədəd dronlar aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2- 007190/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 3-16-16/2-9/5787/2023 nömrəli ekspert rəyinə əsasən 150 ədəd “Royal Generation” markalı, 120 ədəd “Drone” markalı və 108 ədəd “E88 Drone” markalı predmetlərin ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 10260 (on min iki yüz altmış) AZN müəyyən edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların XİFMN kodunun müəyyən edilməsi 3-33- 1100/2- 007231/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla X2 idarəsinin ekspertlərinə həvalə edilmişdir. X2 idarəsindən xx.xx.2023- cü il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 3-33-5300/2-004638/2023 nömrəli ekspert rəyində aşkar edilən malların XİFMN üzrə ********** kodu altında sinifləşdirildiyi və **********5445 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 3-cü mal mövqeyində göstərilən mallarla XİFMN kodunun eynilik təşkil etmədiyi qeyd edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların nə olması və idxalına xüsusi icazə tələb olunub-olunmadığının müəyyən edilməsi üçün 3-33-1100/2- 007307/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 3-27-102/2- 3267/2023 nömrəli məktuba əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların” siyahısı haqqında xx.xx.2003- cü il tarixli 565-İİQ Azərbaycan Respublikası nömrəli qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya, pilotsuz uçan aparat olduğu, 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərman ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”-na əsasən dövriyyəsinə xüsusi icazə tələb olunduğu və Şəxs tərəfindən xüsusi icazənin alınması ilə bağlı müraciət daxil olmadığı qeyd edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs’Rəfail oğlu (VÖEN: **********) tərəfindən gömrük orqanına bəyan edilməyən malların orta bazar qiyməti 10260 (on min iki yüz altmış) AZN təşkil edir. Həmçinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə inzibati məsuliyyət nəzərdə tutulan malların müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edildiyi qeyd edilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol 23 avqust 2023-cü il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, məhsulların çox yüngül və keyfiyyətsiz məhsullar olduğunu, həmin məhsulların oyuncaq olduğunu, 10 metrdən az məsafəyə uçduğunu və 5-6 dəqiqə uçma müddətinin olduğunu, hər bir halda pilotsuz uçuş aparatları küləyə qarşı daha davamlı olduğunu, heç bir kamera çəkmək funksiyası olmadığını, İllərdir bu məhsulları oyuncaq kimi idxal etdiyini, hal-hazırda da bu məhsul bütün oyuncaq və elektronika mağazalarında açıq formada oyuncaq kimi satışda olduğunu nəzərə alıb, idxal etdiyi məhsulların oyuncaq olması ilə bağlı onunla bağlı tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X3 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla bu protokolu tərtib etdim ondan ötrü ki, AZ1128, BAKİ ŞƏHƏRİ SURAXANİ RAYONU,YENİ SURAXANİ ŞTQ,BAKİ-AEROPORT YOLU EV6 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 44AB771/44AB772 nömrə nişanlı avtomaşında daxil olan və **********5445 saylı GB ilə bəyan edilən yüklərə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı, 44AB771/44AB772 nömrə qeydiyyat nişanlı avtomaşınında plastmasdan uşaq oyuncaqları qeyd olunan yük də bəyan edilməmiş , üzərində kamera olmayan lakin quraşdırılması üçün xüsusi yerlər, giriş portları ehtimal olunan 378 ədəd dronlar aşkar edilmişdir. Gömrük yoxlaması keçirilən zaman iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 9/5787 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında ekspertiza təyini haqqında qərardadda qeyd edilən dronların xx.xx.2023-cü il tarixə olan orta-bazar qiyməti ilə ümumi dəyəri təxminən 10260,00 manat müəyyən edir. Həmin dronların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə məhkəmə-texniki ekspertizasının keçirilməsi qərara alınmış və inzibati iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilməsindən imtina edilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iş üzrə məhkəmənin texniki ekspertiza təyin edilməsi haqqında qərardadı xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuş, təqdim edilmiş predmetlər üzrə ekspert qarşısında qoyulan sualların cavablandırılması üçün Mərkəzdə müvafiq ekspert ixtisası nəzərdə tutulmadığından iş üzrə materiallar xx.xx.2024-cü il tarixdə rəy verilmədən geri qaytarılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbayca Respublikası Qanununun 12-ci maddəsinə əsasən verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”də belə növ ekspertiza yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarı ilə məhkəmətexniki ekspertizasının keçirilməsi qərara alınmış və inzibati iş rəy verilməsi üçün Dövlət Mülki Aviasiya Agentliyinə göndərilmişdir. Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.1 və 592-1-cı maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) tərəfindən məhkəmə- əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (Məhkəmə) 2024-cü il 15 may tarixli 3(010)-18/2024 nömrəli qərardadının icrası haqqında Məhkəmə tərəfindən DMAA-ya ünvanlanmış 2024-cü il 10 iyun tarixli 843 nömrəli məktub DMAA-ya daxil olmuşdur. Bildirilir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1999-cu il 18 noyabr tarixli 758-İQ nömrəli Qanununun 11-ci maddəsinə əsasən, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz. Sözügedən Qanunun yuxarıda nəzərdə tutulan tələblərinə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır və yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası üzrə ekspert rəyi verə bilər. Məlumat üçün qeyd edilir ki, DMAA-da sözügedən şəhadətnaməyə malik ekspert mövcud deyildir. Əlavə məlumat olaraq bildirilir ki, gömrük bəyannaməsində qeyd olunan malların nümunələri DMAA-ya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, sözügedən inzibati xəta haqqında iş üzrə materiallar geri qaytarılır. Sonuncu məhkəmə iclas protokolundan görünür ki, inzibati icraat aparılan şəxs Şəxs Aviasiya Agentliyi tərəfindən əsassız olaraq rəyin verilməməsini, malları hər hansı vaxtı ondan tələb edə biləcəyini və yaxud Gömrük orqanlarında saxlancda olanlardan istifadə edə biləcəyini, əvvəlki rəylə razı olmadığını, həmin mallar adı oyuncaq olduğunu və ölkəyə dəfələrlə daxil olduqdan sonra normal buraxıldığını bildirmişdir. Ekspertiza üçün yenidən göndərilməsini istəməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 592-1-ci maddələri ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 592-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 482.1-ci və 592-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir və qanunvericilik bu kateqoriyaya aid inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə müddətini inzibati xətanın törədildiyi gündən 01 il həddində müəyyən etmişdir. İş materiallarından isə görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 592-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, yəni Şəxs barəsində 20 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 01 il 05 gün keçmişdir. Bununla da 12 avqust 2023-cü il tarixli, EP №0120515 saylı inzibati xəta haqqında protokola hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxıldığı vaxt Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 592-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb etmə müddətindən artıq 5 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 592-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 592-1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-18/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-18/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver