Məhkəmə qərarları › İş №3(010)-180/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-180/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-180/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1970-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 18 dekabr 2021-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı, birgə yaşadığı keçmiş həyat yoldaşı X3 döyərək, fikiziki zor tətbiq edərək, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 24 yanvar 2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, Natella Əliyevanı döyməmiş, sonuncuya heç bir fiziki güc tətbiq etməmişdir. O, qapını açan zaman Natella bilərəkdən əlini qapıya vurmuşdur. Daha sonra X5 DİN-nin 102-xidmətinə zəng vuraraq, onun tərəfindən döydüyünü bildirmişdir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs uşaqlarına və ona heç bir nə maddi nə mənəvi köməklik göstərmir. O, ticarət ilə məşğuldur və qazancı ilə uşaqlarını böyüdür. Boşanmağa səbəb Nərimanın hər gün evə içkili gəlməsi və etidiyi hərəkətləri olmuşdur. Sonuncu dəfə axşam saatlarına evə içkili gələrək, qızını döymüşdür və daha sonra mətbəxdən bıçağı götürərək onun üzərinə hücum çəkmişdir. O, evdən yarıçılpaq vəziyyətdə qaçaraq çıxmışdır və qonşuya sığınmışdır. Sonda zərərçəkmiş şəxs X5, Şəxsu etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X6 bildirdi ki, 18 dekabr 2021-ci il tarixdə vətəndaş X5 tərəfindən DİN-nin 102 xidmətinə zəng edərək, keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat daxil olmuşdur. Məlumatda bildirilmişdir ki, 18 dekabr 2021-ci il tarixdə təxminən gecə saatlarında yaşadığı evdə olduğu zaman eyni ünvanda birlikdə yaşadığı keçmiş həyat yoldaşı Şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncu onu söyüb təhqir edərək döymüşdür. X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından 28 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati inzibati qaydada tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialalrında olan canlı şəxsin ekspertizasının 18 dekabr 2021-ci il tarixli, 1375 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər –sağ saidin qançırı və şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən 18 dekabr 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, nəticəsində alınmaları inandırıcı deyil. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 dekabr 2021-ci il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən, saat 12:15dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar