Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1803/2020 17.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxx 2018-ci ildə verilmiş xx xxxxx 2018-ci il tarixli 2(010)-879/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 4195 manat iddiaçının avtomobilinə dəymiş ziyan və 1.500 manat Səmayə Xankişiyeva adlı sərnişin üçün çəkilən müalicə xərci olmaqla, cəmi 5.695 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar X1 xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 2020-ci ilin sentyabr ayında Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx xxxxxxxx 2020-ci ildə icraata başlamaq haqqında qərar verilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə barəsində xx xxxxxxxx 2020-ci ildə axtarış qərarı qəbul edilmiş və o, polis vasitəsilə Suraxanı rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Bu günədək borclu tərəfindən tələbkarın xeyrinə 770 manat miqdarın ödəniş edilib. Qalan məbləğ isə ödənilməyib. Borclunun icra sənədinin icrasına yönəldilə biləcək əmlaka malik olub-olmadığına dair araşdırma aparılmış, onun belə bir əmlaka malik olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğlərini üzrsüz səbəbdən tam ödəməmişdir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, borclu icra sənədinin verildiyi vaxtdan 02 il 08 aydan çox vaxt keçdiyinə baxmayaraq, tələbkara cəmi 770 manat miqdarında ödəniş edib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qadın olması, həmçinin əməlindən peşmançılıq hissi keçirməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1803/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1803/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver