Məhkəmə qərarları › İş №3(010)-1808/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1808/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1808/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, X1nun iştirakı ilə, X3 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi **- RN-*** dövlət qeydiyyat nişanlı, “Toyoto PRİUS (Hibrid)” markalı avtomobillə Bakı şəhəri, Yavər Əliyev küçəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru, polis serjantı X7 tərəfindən saxlanılmışdır. Yol Patrul Xidməti inspektoru ona bildirmişdir ki, barəsində məhkəmənin qanuni qüvvəsini almış qərar mövcuddur. Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, inspektora bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən sözügedən qərara xitam verilmişdir. Lakin buna baxmayaraq, o, barəsində inzibati protokol tərtib etmiş və nəticədə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarla əsassız olaraq 400 manat cərimələnmişdir. Tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsinə dair səhvən Suraxanı Rayon Məhkəməsinə şikayət verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(010)-65/2025 saylı qərardadı ilə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və ona aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-da Bakı, Yavər Əliyev küçəsində TOYOTA PRİUS (HİBRİD) minik markalı, 77RN502 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-2772/2024 saylı qərarı ilə ərizə təmin edilmiş, X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 2772/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla xx.xx.2024-cü il tarixdə saat 18:00-da Bakı, Yavər Əliyev küçəsində TOYOTA PRİUS (HİBRİD) minik markalı, 77RN502 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir X1 inzibati cərimənin qanunsuz yazıldığını qeyd edərək bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərara xitam verilmişdir. Lakin buna baxmayaraq, onun barəsində inzibati protokol tərtib edilmiş və nəticədə əsassız olaraq 400 manat cərimələnmişdir. Lakin müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 18:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, sürücülük hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsi idarə etdiyinə görə barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X2 Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə cərimə olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-2772/2024 saylı qərarı ilə ərizə təmin edilmiş, X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 2772/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına xitam verilmişdir. Göründüyü kimi X3 nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı qərara xx.xx.2024-cü ildə xitam verilmiş, o, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar