Məhkəmə qərarları › İş №3(010)-1810/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1810/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1810/2020 18.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 8Z ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində fəaliyyət göstərən “Xramçay” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar edilmiş, bu barədə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis mayoru X1 tərəfindən “Xramçay” kafesinin sahibi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində fəaliyyət göstərən “Xramçay” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. İlk dəfə inzibati xəta törətməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, barəsində maddəsinin saksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhər Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində fəaliyyət göstərən “Xramçay” kafesində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması faktı aşkar edilmiş, bu barədə Suraxanı RPİnin 33-cü Polis Bölməsinin polis mayoru X1 tərəfindən “Xramçay” kafesinin sahibi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:50-də inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, səmimi peşman olmasını, himayəsindən 3 yetkinlik yaşına çatmayan uşaq olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində 3000 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar