Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1811/2020 30.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Dadaşova Vəfa Cabir qızının katibliyi, Barəsində X2 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs xx.xx.2020-ci ildə saat 08:48-də «BMW 320» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində X2 iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci ildə saat 08:48-də «BMW 320» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. O avtomobili idarə edərkən sərxoş olmamışdır. Həmçinin, təhlükəsizlik kəmərindən istifadə edərək avtomobili idarə etmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X2 protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 08:48-də «BMW 320» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə «BMW 320» minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Protokolda əks olunmuş Şəxs izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixdə Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Yerində alkotestr cihazı vasitəsilə onu müayinədən keçiriblər. Göstərici yüngül dərəcə 0,499 promilli çıxmışdır. Həkimə getməyə ehtiyac yoxdur. X2 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020ci ildə Şəxs 0,499 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Məhkəmə araşdırması zamanı barəsində X2 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi X2 iş üzrə icraata başlanması üçün əsasdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasına kimin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi barəsində X2 iş üzrə icraat aparılan şəxs X1 məhkəmə iclasında iştirak etdiyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verildiyini, lakin nümayəndəsinin gəlmədiyini və gəlməməsinin səbəbi barədə heç bir məlumat vermədiyini məruzə edir. Barəsində X2 iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1979-cu ildə Şərur rayonu,Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şərur rayonu,Şəhriyar kəndində qeydiyyatda olan . Sədrlik edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilib-keçirilməməsi barədə Şəxs fikrini soruşur. Şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmirəm. Sədrlik edən yerində müşavirə edərək qərara alır: məhkəmə iclası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən məhkəmə iclasının hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi ilə, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə keçirildiyini elan edir. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxsə hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Sədrlik edənin s/c İnzibati xəta törətmiş şəxs Şəxs:- hakimə və məhkəmə iclas katibinə etirazım yoxdur. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxsə hüquq və vəzifələrini izah edir. Sədrlik edən tərəflə işin və mübahisənin vəziyyətini müzakirə edir, onun iş üzrə bütün sübutların təqdim edib-etməməsini və iş materialları ilə tanış olub-olmasını aydınlaşdırır. Sədrlik edənin s/c İnzibati xəta törətmiş şəxs Şəxs:– İş üzrə bütün sənədlərlə tanış olmuşam. Sədrlik edən inzibati xəta törətmiş şəxs Şəxs iş üzrə izahat verməyi təklif edir. İnzibati xəta törətmiş şəxs Şəxs iş üzrə izahatı: - Möhtərəm hakim! Mən, xx.xx.2020-ci ildə saat 08:48-də «BMW 320» minik markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişəm Əməlimdən peşmanam Qeyd olunanlara əsasən barəmdə yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən proses iştirakçısından nə kimi əlavələrin olub-olmamasını soruşur. İnzibati xəta törətmiş şəxs Şəxs: Heç bir əlavəm yoxdur. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra X2 iş üzrə qərarı elan edir, qərarın məzmununu, ondan şikayət verilmə qaydalarını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclası 10:40-da bitir. Məhkəmə iclasının protokolu 09.12. 2020-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Anar İbrahimov Məhkəmə iclas katibi: Gündüz Hacıyev
Məhkəmə qərarları › İş №3(010)-1811/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1811/2020
30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver