Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1814/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00913/23 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda (inzibati olan "xxxx" MMC-nin adına Türkiyədən 08K6436/08K6444 dövlət nömrə nişanlı avtomaşında GDK2023054 saylı xx.xx.2023-cü il tarixli invoys əsasında daxij olmuş və **********8032 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, “pəncərələr üçün bərkidici armatura, furnitur və analoji digər detallar ” yükünün mənşə ölkəsi GB-də göstərildiyi kimi Türkiyə deyil, üzərindəki yazılara əsasən İtaliya olduğu müəyyən edilmişdir. Həmin yüklərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/0xx-xx/001973 saylı, 23.02,2023-cü il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/1507 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, **********8032 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin ümumilikdə orta bazar giyməti 35850 manat müəyyən edilmişdir. Tərəflərindən "xxxx" MMC tərəfindən 24.01,2023-cü il tarixli, **********8032 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumilikdə orta bazar giyməti 35850 manat olduğu təgdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhgigat İdarəsinin Təhgigat şöbəsinə məlumat verilməsi üçün Gömrük Prosedurları və Ödənişləri şöbəsinə 34/013/007589 saylı,xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş və həmin şöbədən daxil olmuş 34/012/009499 saylı, xx.xx.2023-cü il tarixli cavab raportuna əsasən malların orta bazar giyməti ümumilikdə 35850 manat olduğu təgdirdə **********8032 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş gömrük ödənişlərinə əlavə olarag idxal rüsumu üzrə 931.05 manat, əlavə dəyər vergisi üzrə 1284.85 manat olmağla ümumilikdə 2215.9 (iki min iki yüz on beş manat doxsan qəpik ) manat gömrük borcu yarandığı qeyd edilmişdir. Tərəflərindən "xxxx" MMC-nin ünvanına 1400-013/0xx-xx/001663 nömrəli xx.xx.2023- cü il tarixli və 1400-013/0xx-xx/002864 nömrəli xx.xx.2023-cü il tarixli məktublarla müraciət edilərək izahat verməsi və iş materialları ilə tanış olması üçün Bakı Baş Gömrük İdarəsinə dəvət edilmiş, lakin çağırış üzrə gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Həmçinin şirkətin ünvanına tərəflərindən 2215.9 manat gömrük borcunun ödənilməsi ilə bağlı 1400-013/0xx-xx/003667 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, lakin bugünədək şirkət tərəfindən gömrük borcu ödənilməmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61,3 və 112,1,4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, ŞəxsMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********8032 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumilikdə orta bazar qiyməti 35850 manat olduğu təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Prosedurları və Ödənişləri şöbəsinə 34/013/007589 saylı,xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş və həmin şöbədən daxil olmuş 34/012/009499 saylı, xx.xx.2023-cü il tarixli cavab raportuna əsasən malların orta bazar giyməti ümumilikdə 35850 manat olduğu təgdirdə **********8032 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş gömrük ödənişlərinə əlavə olarag idxal rüsumu üzrə 931.05 manat, əlavə dəyər vergisi üzrə 1284.85 manat olmaqla ümumilikdə 2215.9 (iki min iki yüz on beş manat doxsan qəpik ) manat gömrük borcu yarandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMCnin ünvanına 1400-013/0xx-xx/001663 nömrəli xx.xx.2023- cü il tarixli və 1400-013/0xxxx/002864 nömrəli xx.xx.2023-cü il tarixli məktublarla müraciət edilərək izahat verməsi və iş materialları ilə tanış olması üçün Bakı Baş Gömrük İdarəsinə dəvət edilmiş, lakin çağırış üzrə gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Həmçinin şirkətin ünvanına tərəflərindən 2215.9 manat gömrük borcunun ödənilməsi ilə bağlı 1400-013/0xxxx/003667 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, lakin bugünədək şirkət tərəfindən gömrük borcu ödənilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 2215,9 (iki min iki yüz on beş manat doxsan qəpik) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 1551,13 (bir min beş yüz əlli bir manat on üç qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1814/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1814/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver