Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1815/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-01026/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/008078 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, raportda qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan “ATEF ŞİRKƏTLƏR QRUPU" MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından daxil olmuş “prokat(metal list)” yükü **********0149 sorğu nömrəli 14 11,2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********0149 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək Şəxs MMC tərəfindən müvəggəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı və ya müddətin uzadılması ilə bağlı müraciət edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2022-ci il tarixli **********0149 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, müddətin uzadılması ilə bağlı müraciət etməmiş və ya digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. xx.xx.2022-ci il tarixli **********0149 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xususi gömrük proseduru altında qalma müddəti başa çatandan 17(on yeddi) gün sonra həmin mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək **********1597 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Nəticədə Şəxs MMC-nin Türkiyə Respublikasından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01026/2023 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/008078 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, raportda qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan “ATEF ŞİRKƏTLƏR QRUPU" MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından daxil olmuş “prokat(metal list)” yükü **********0149 sorğu nömrəli 14 11,2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********0149 sorğu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək Şəxs MMC tərəfindən müvəggəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı və ya müddətin uzadılması ilə bağlı müraciət edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2022-ci il tarixli **********0149 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, müddətin uzadılması ilə bağlı müraciət etməmiş və ya digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. xx.xx.2022-ci il tarixli **********0149 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xususi gömrük proseduru altında qalma müddəti başa çatandan 17(on yeddi) gün sonra həmin mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək **********1597 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Nəticədə Şəxs MMC-nin Türkiyə Respublikasından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2022-ci il tarixli **********0149 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, müddətin uzadılması ilə bağlı müraciət etməmiş və ya digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. xx.xx.2022-ci il tarixli **********0149 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xususi gömrük proseduru altında qalma müddəti başa çatandan 17(on yeddi) gün sonra həmin mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilərək **********1597 sorğu nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Nəticədə Şəxs MMC-nin Türkiyə Respublikasından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40,43,48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1815/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1815/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver