Məhkəmə qərarları › İş №3(010)-1816/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1816/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1816/2020 21.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2020-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı X2 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin vəzifəli şəxsi xx xxxxxx 2020ci ildə X2 barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. X2 həmin protokolla bağlı şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətdən və X1 şəxsiyyət vəsiqəsinin şikayətə əlavə olunmuş surətindən görünür ki, şikayətçinin qeydiyyatı ünvan 1 ünvanınadır. Göstərilənlərə əsasən şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X1 qeydiyyatda olduğu (yaşadığı) ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2020-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı X2 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar