Məhkəmə qərarları › İş №3(010)-1819/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1819/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1819/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin nümayəndəsi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin X6 İdarəsinin Zığ limanında X8 Təhqiqat Qrupunun təhqiqatçısı X3 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsi Zığ limanında X7 daxil olmuş 25 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26 mart 2023-cü il tarixdə “X5 Company Limited” Şirkətinə məxsus “Qum Adası”ndan dəmir qırıntıları oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəqliyyatda Baş Polis İdarəsinin X6 İdarəsinin Zığ limanında X8 Təhqiqat Qrupunun təhqiqatçısı X9 protokolu müdafiə edərək bildirmişdir ki, 26 mart 2023-cü il tarixdə Baş Polis İdarəsi X6 İdarəsi Zığ limanında X8 əməkdaşlarının saat 04:00-dan 06:00-dək keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şəxs “Yamaha-40” markalı mühərriklə təchiz edilmiş, HÖ-17103 nömrəli taxta qayıqla “Qum Adası” akvatoriyasında “X5 Company Limited” Şirkətinə məxsus metal doğrama məntəqəsindən qara metal tullantılarını gizli yolla talayaraq, yəni oğurlayaraq 42 saylı yan alma körpüsündə yerləşən dayanacağa boşaldan zaman yaxalanmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin nümayəndəsi X2 ərizə təqdim edərək bildirmişdir ki, Şəxs tərəfindən götürülmüş ümumi çəkisi 236 kiloqram dəmir məlumatları bu günədək şirkətə geri qaytarılmamışdır. Şirkətə dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməmişdir. Odur ki, şirkətin Şəxs qarşı şikayət və tələbi vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2023-cü il tarixli 6/1962-9/2317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ümumi kütləsi 1,9 kq olan metal qırıntı nümunələri dəmir əsaslı ərintidən hazırlanmışdır. Təqdim edilmiş metal nümunələrin istismara yararlı olub-olmaması materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilən dəmir əsaslı ərintidən hazırlanmış, ümumi kütləsi 1,9 kq olan metal qırıntısının 1 kq-nın 2023-cü ilin mart ayına orta bazar qiyməti təxminən 0,45 manat müəyyən edilir. İş materiallarında olan Nəqliyyatda Baş Polis İdarəsinin X6 İdarəsinin Zığ limanında X8 Təhqiqat Qrupunun təhqiqatçısı X3 25 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada ölçü görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 26 aprel 2023-cü il saat 16.10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar