Məhkəmə qərarları › İş №3(010)-1821/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1821/2020

30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1821/2020 30.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı ŞTQ, Yaşayış sahəsi D (Yeni Günəşli qəs.), ev 9, mənzil 166 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı (**********) xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********2040 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Gürcüstanda fəaliyyət göstərən “Şəxs LTD” şirkətindən 181120 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə DD655QQ nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə saat 23:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Nəticədə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Gürcüstanda fəaliyyət göstərən “Şəxs LTD” şirkətindən göndərilmiş yükləri daşıyan DD655QQ nömrəli nəqliyat vasitəsi sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb isə o, olmuşdur ki, sürücü sərhədi keçənədək MMC-yə məlumat verməmişdir. Buna görə də, qısa idxal bəyannaməsi yaza bilməyiblər. Məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı ŞTQ, Yaşayış sahəsi D (Yeni Günəşli qəs.), ev 9, mənzil 166 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı (**********) xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********2040 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Gürcüstanda fəaliyyət göstərən “Şəxs LTD” şirkətindən 181120 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə DD655QQ nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə saat 23:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Nəticədə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar