Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1822/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4, tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Teymur Bayramovun iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Teymur Bayramov tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)-246/2011 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Teymur Bayramov məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)-246/2011 nömrəli qətnaməsi ilə Suraxanı rayon Şəxs xx.xx.2001-ci il tarixli 143 saylı qətnaməsi ilə iddiaçı X3ma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.metr torpaq sahəsi iddiaçı X3ma ilkin təklif olunduğu yerdə və formada (ərazinin baş planından çıxarılmış sahənin cizgisinə uyğun) ayrılması və həmin torpaq sahəsinin alqısatqı aktının bərpa olunması Suraxanı rayon Şəxsnə həvalə olunması qət edilmişdir. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi X8 izahatında bildirmişdir ki, torpaq sahəsinə dair aqlı-satqı aktının bərpa olunması ilə bağlı Suraxanı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli iş 2(010)-246/2011 saylı Qətnamə 21.07 2017-ci il tarixində Babayeva Gülgəz tərəfindən imza edərək alqı-satqı aktını təhvil almış Qətnamə icra edilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün aparılmış, aidiyyatı dövlət qurumlarının (Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin və AR DT və XK-nin) müsbət rəyləri alındıqdan sonra, Şəxs xx.xx.2005-ci il tarixli, 143 saylı qərarı ilə Qaraçuxur qəsəbəsinin “Şərq" yaşayış sahəsində köhnə Qazolın zavodun arxa hissəsində X2 fərdi yaşayış evi tikintisi üçün 0.05 ha (500 m.kv) torpaq sahəsi sənədləşdirilmişdir. Odur ki, icra sənədinin bələdiyyə tərəfindən icra edildiyi üçün icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X7 izahatında ona ayrılmış torpaq sahəsinin 500 kv.metr deyil, 246 kv.metr ayrıldığını, Şəxs tərəfindən ona düşən torpağın “Socara”-a məxsus hissəsini başqa torpaqla əvəzləşdirilməli olduğunu, qalan hissənin Neft şirkətinin ərazisi olduğunun ona deyildiyini, buna görə də Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)-246/2011 nömrəli qətnaməsinin icra edilməsini və qətnamənin icra edilməsi üçün lazımı tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)-246/2011 nömrəli qətnaməsi ilə Suraxanı rayon Şəxs xx.xx.2001-ci il tarixli 143 saylı qətnaməsi ilə iddiaçı X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.metr torpaq sahəsi iddiaçı X3ma ilkin təklif olunduğu yerdə və formada (ərazinin baş planından çıxarılmış sahənin cizgisinə uyğun) ayrılması və həmin torpaq sahəsinin alqısatqı aktının bərpa olunması Suraxanı rayon Şəxsnə həvalə olunması qət edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən Suraxanı rayonu Şəxsnə göndərilmiş xx.xx.2005-ci il tarixli məktuba əsasən, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 mart tarixli Fərmanına müvafiq olaraq Bakı şəhər sakini X3ma ayrılması təklif olunan torpaq sahəsinə Bakı şəhər şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 21,07.2005-ci il tarixli xx/xx-4769 saylı məktubunu nəzərə alaraq topoqrafik„planalma yolu ilə ərazinin 1:2000 \ə 1:500 miqyasda cizgi planı hazırlanmışdır.Toıpaq sahəsi 500 m2 ölçüdə olmaqla 7-ci qiymət zonasında yerləşir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 19cu maddəsinə əsasən Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 500 m2 torpaq sahəsinin lərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında vətəndaş X1 adma sənədləşdirilməsi üçün göndərimişdir. 26 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)- 246/2011 nömrəli qətnaməsinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)-246/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış öhdəlikdən icra sənədi üzrə tələbkar X2 həmin öhdəliyinin yerinə yetirdiyi üçün hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(010)-246/2011 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Şəxs tərəfindən Suraxanı Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulan bütün vəzifələri yerinə yetirmiş, o cümlədən iş materiallarında olan 23 avqust 2013-cü il tarixli qeyd olunan torpağın alqı-satqısına dair akt tərtib edilmiş, ərazinin baş planında çıxarılmış sahənin cizgisinə uyğun torpaq ayrılmış və təklif edilmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1822/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1822/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver