Məhkəmə qərarları › İş №3(010)-1823/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1823/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1823/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru X3, X1 iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Yergüc kəndinə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Nicat Vəli zadə Hikmət oğlunun tərtib etdiyi 26 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2483/2019 nömrəli 06 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul tutularaq X4 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və böyük icra məmurunun məhkəməyə bildirdiklərindən görünür ki, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar verilmiş, həmin qərarın surəti və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. 01 iyul 2022-ci ildə “borclunun məcburi gətirilməsi barədə” qərar qəbul olunmuşdur. Borclunun yerini müəyyən etmək mümkün olmadığından 21 iyul 2022-ci ildə barəsində axtarış elan edilmişdir. İcra məmuru həmçinin bildirir ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına əmlak aşkar edilməmişdir. Borclunun 4.715 manat borcu mövcuddur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkar X6 ilə ödənişlə bağlı razılıq əldə edib borcun ümumi miqdarından müəyyən məbləğdə ödənişlər etmək istəyir. Bu ödənişi etməsi üçün ona məhkəmənin növbəti iclas tarixinə kimi vaxt verilməsini və məhkəmə iclasını təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı tələbkar X6 bildirmişdir ki, borclu Şəxs tərəfindən ona 200 manat məbləğində pul ödənilmişdir. Qalan borcun ödənilməsi barədə aralarında razılıq əldə olunmuşdur. İş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşə xitam verilməsi ilə bağlı yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə böyük icra məmurunu, tələbkar X5 dinləyib, icra işini və hazırkı işin materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəni nəzərdən keçirib toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərini yerinə yetirməsini və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 200 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar