Məhkəmə qərarları › İş №3(010)-1825/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1825/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1825/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, "xxxx" MMC-nin (VÖEN: **********, hüquqi ünvanı: ünvan 2n Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 17 aprel 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 35AA367/35AA368 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə 06 fevral 2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda keçirilmiş baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********1618 sorğu nömrəli, 03 fevral 2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində “Milan Gas” nişanlı 5 litrlik məişətdə istifadə olunan qaz balonu plitələri kimi bəyan edilmiş yükdə 2936 ədəd göstərildiyi halda, faktiki olaraq üzərində “Milan GAS” yazısı olan 5 kq 1100 ədəd, üzərində “Milan GAS” yazısı olan 2.5 kq 3500 ədəd, “Milan GAS” yazısı olan 1 kq 450 ədəd məişətdə istifadə olunan qaz balonu plitələri yükü aşkar edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini X7 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş “Lervanto Group” MMC-nin müdafiəçisi “Union” Vəkil Bürosunun vəkili X5 Şəxs MMC-nin barəsində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili X6, həmin İdarənin “İpək yolu” gömrük postuna ezam olunmuş, “Azterminalkompleks” Birliyi Maliyyə-İqtisad şöbəsinin leytenantı X1, idxalatçı Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X4 və hal-şahidləri X3, X2 iştirakları ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla protokolu tərtib edərək BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin ünvanında İran İslam Respublikasından 35AA367/35AA368 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********1618 sorğu nömrəli, 03 fevral 2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində “Milan GAS” nişanlı 5 litrlik məişətdə istifadə olunan qaz balonu plitələri kimi bəyan edilmiş yükdə 2936 ədəd olduğu halda, üzərində yazısı olan “Milan GAS” 5 kg 1100 ədəd, üzərində yazısı olan “Milan GAS” 2.5 kg 3500 ədəd, üzərində yazısı olan “Milan GAS” 1 kg 450 ədəd sözləri yazılmış məişətdə istifadə olunan qaz balonu plitələri yükü aşkar edilmişdir. Aşkar edilmiş mallar araşdırma aparılan müddətə protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən MMC həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs MMC-nə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 26.136 manat məbləğində pulun 40 faizi, yəni 10.454,40 manat miqdarında cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 26.136,00 (iyirmi altı min yüz otuz altı) manat məbləğində pulun 40 (qırx) faizi, yəni 10.454,40 (on min dörd yüz əlli dörd manat qırx qəpik) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar