Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1826/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır». Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını araşdırmalıdır. Məsələ ilə bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. Hazırkı iş üzrə inzibati xəta haqqında protokolda xətanın mahiyyəti açıqlanmayıb. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs «xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmadığı»nın müəyyən edildiyi göstərildiyinə baxmayaraq, polis əməkdaşlarının ona qarşı irəli sürülmüş tələbinin nədən ibarət olduğu qeyd olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda onun tərtib edildiyi tarix və yer göstərilir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda onların tərtib edildiyi tarix göstərilməmişdir. Bundan başqa Şəxs Gürcüstan vətəndaşı olması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İş materialını nəzərdən keçirdikdə görünür ki, inzibati xəta haqqında protokol İXMnin müvafiq tələbinə zidd tərtib edilməklə yanaşı, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmayıb. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1826/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1826/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver