Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1827/2020 30.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı RPİ-nin 31-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2020-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə səhər saatlarında anası X3 ilə evdən çıxarkən blokun qarşısında 31-ci polis bölməsinin əməkdaşı onu saxlamış, onu karantin rejimi qaydalarını pozmaqda təqsirləndirərək, barəsində xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Suraxanı RPİ-nin 31-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarla razı deyil və hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. Özü xəstədir. Həmişə də maskadan istifadə etmişdir. Maska blokdan çıxanda əlində idi taxmaq istəyirdi ki, polis onlara yaxınlaşmış və hər ikisinə protokol yazılmışdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı RPİ-nin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. X1 məhkəməyə bildirdiklərindən görünür ki, o, xx xxxxxx 2020-ci ildə yaşadığı evin blokundan çıxarkən tibbi maskanı faktik geyinməmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair Suraxanı RPİ-nin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı RPİ-nin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı RPİ-nin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1827/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1827/2020
30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver