Məhkəmə qərarları › İş №3(010)-1832/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1832/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1832/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Mirilkin Hüseynovun iştirakları ilə, Şəxs– xx.xx.1995-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs., Zeytun Bağları ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 01 may 2023-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Mirilkin Hüseynov tərəfindən tərtib olunmuş 01 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində X6 məxsus Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən 13/69 saylı bağ evindən və xx.xx.2023-cü il tarixdə axşam saatlarında X2 məxsus yaşadığı evin həyətindən oğurluq etmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildiyini, törətmiş olduğu əməlləri etiraf etdiyini və ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Həsən Muxtarov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında X2 məxsus yaşadığı evin həyətində olan əl damının aliminum qapısını gizli yolla talayaraq ona ümumilikdə 50 (əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixində X6 məxsus Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən 13/69 saylı bağ evinin həyətindən 3 ədəd krant və evin çöl divarına bərkidilmiş su qızdırıcının içini gizli yolla talayaraq ona ümumilikdə 100 (bir yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Bununla bağlı olaraq, Şəxs barəsində 01 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında məlumat əsasında əməliyyat tədbiri aparılmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsan adlanan ərazidən həmin şəxsə yaxınlaşmış, polis bölməsinə dəvət etmiş və həmin şəxs təqsirini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X3 izahatında X4 dediklərini təsdiq edərək, oxşar ifadə verdilər. İş materiallarında olan: Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Şəhriyar Babayev tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X1 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sistemindən, ona məxsus bağ evinin həyətində olan hamam otağının qapısını sındırılaraq oğurlanması barədə daxil olan müraciəti 30-cu PŞ-də HK-1/474 sayda raportla qeydiyyata alınmışdır. Həmin raportun icrası ona həvalə edildiyindən qeyd edilən tarixdə icraata qəbul edilərək araşdırılması tərəfindən davam etdirilmişdir. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər vətəndaş X2 məxsus yaşadığı evin həyətində olan əl damının aliminum qapısını gizli yolla talayaraq ona ümumilikdə 50 (əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir(lər). Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Bundan əlavə hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Lakin prosessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərzində müsbət nəticə əldə edilməmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır. Odur ki, həmin şəxs və ya şəxslər müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətini inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Zaur Eyvazov tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X5 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sistemindən bağ evindən oğurluq olması barədə daxil olan müraciəti 30-cu PŞ-də HK-1/329 sayda raportla qeydiyyata alınmışdır. Həmin raportun icrası PŞ-nin təhqiqatçısı polis kapitanı Şahin Mikayıova həvalə edilmişdir. Təhqiqatçı Ş.Mikayılov tərəfindən müvafiq araşdırma aparılmış, lakin məzuniyyətə çıxması ilə əlaqədar materialın sonrakı araşdırılması tərtib edilmiş raportla xx.xx.2023-cü il tarixdə ona həvalə edilmişdir. Bununla bağlı material tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, 11,02.2023-cü il tarixində naməlum şəxs və ya şəxslər vətəndaş X6 məxsus Hovsan qəsəbəsi, Bağlar massivində yerləşən 13/69 saylı bağ evinin həyətindən 3 ədəd krant və evin çöl divarına bərkidilmiş su qızdırıcının içini gizli yolla talayaraq ona ümumilikdə 100 (bir yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir(lər). Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Bundan əlavə material üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə hadisəni törətmiş naməlum şəxs və ya şəxslər müəyyən edilməsi istiqamətində tədbirlər görülməsi üçün tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Lakin prosessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərzində müsbət nəticə əldə olunmamışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən naməlum şəxs və ya şəxslərin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır. Odur ki, həmin şəxs müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətini inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsini etmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 21 fevral 2023-cü il tarixli cinayətin başlanmasının rədd edilməsi barədə qərara əsasən, vətəndaş X5 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanması üçün Suraxanı RPl-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 11 mart 2023-cü il tarixli cinayətin başlanmasının rədd edilməsi barədə qərara əsasən, vətəndaş X1 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində (barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında 30 aprel 2023-cü il tarixli protokola əsasən, Şəxs 30 aprel 2023-cü il tarixində, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halmüəyyən olunmadı.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 aprel 2023-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar